Məhsullarımız
Bitkilər
Yarpaq
Tozağacı Yarpağı
Tərkib:
Tozağacı yarpaqlarının tərkibində flavon və flavonol qlikozidləri, xarakterik xoş balzamik qoxusu olan efir yağı, həmçinin hiperozid, rutin, avikulyarin, aşı maddələri, kumarinlər, fenolkarbon turşuları, E, C, PP vitaminləri, karotinoidlər var.
İstifadəsi:
İki çay qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 30 dəq. dəmlənir, otaq temperaturunda soyudulur, süzülür. Dəmləməyə bir çimdik çay sodası əlavə edilir, gündə 2-3 dəfə, hər dəfə 1/3-1/2 stəkan 3-4 saat fasilə ilə qəbul edilir. Dəmləməni sərin yerdə 2 sutkaya qədər saxlamaq olar.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Tozağacı çoxillik ağac cinsidir. Bu ağac əsasən ağ qabığı və zərif yarpaqları ilə tanınır. Tozağacı yarpaqları qədim zamanlardan xalq təbabətində geniş istifadə edilmişdir. Müasir dövrdə isə bir çox elmi tədqiqatlarla onların müalicəvi xüsusiyyətləri sübut edilmişdir.
Tozağacı yarpaqları olduqca zəngin flavonoid mənbəyidir. Flavonoidlərdən hiperozid, kversetin, mirisetin, saponinlər, C vitamini və provitamin A, taninlər, betulin və betulin turşusu, uçucu yağlar tozağacı yarpaqlarının əsas komponentləridir. Flavonoidlər və saponinlər orqanizmin immun sistemini gücləndirir. Tərkibinin bu qədər zəngin olması onun müalicəvi xüsusiyyətlərinin genişliyindən xəbər verir. Müalicə məqsədi ilə əsasən çay şəklində, kosmetologiyada isə ekstrakt və ya yağ formasında istifadə olunur.
Tozağacı yarpaqları antiseptik, antibakterial, virus əleyhinə, sidikqovucu təsir göstərir. Bədənin respirator virus infeksiyalarına, bakteriyalara qarşı müqavimətini artırır, yüngül bəlğəmgətiricidir. Güclü iltihab əleyhinə təsir göstərir, xəstəlik törədən mikrobları məhv edir, artıb-çoxalmasının qarşısını alır. Həmçinin göbələk əleyhinə də effektlidir.
Bundan əlavə həzm sisteminin işini tənzimləyir, mədə-bağırsaq xəstəliklərində çox faydalıdır. Ödqovucudur, qaraciyərdaxili öd yolları, öd kisəsi və öd axarlarında durğunluğu aradan qaldırır, ödün onikibarmaq bağırsağa tökülməsini sürətləndirir. Metabolizmi yaxşılaşdırır, toksinləri bədəndən çıxarır.
Böyrək və sidik yolları problemlərinin aradan qaldırılmasında effektlidir. Böyrəklərdə filtrasiya və reabsorbsiya proseslərini yaxşılaşdıraraq sidiyə zülal keçməsinin qarşısını alır. Təkrarlanan sistit və uretritlər zamanı effektlidir. Kalsium və maqnezium oksalat daşlarını əridir, əmələ gəlməsinin qarşısını alır. Sidikqovucu təsir edərək bədənə yığılan artıq mayeni xaric edir, ürək və böyrək mənşəli ödemlərin azalmasına kömək edir.
Kapilyar keçiriciliyini azaldır, qan damarlarını möhkəmləndirir, elastikliyini artırır. Tozağacı yarpağı toxumaların kapilyar qan dövranını yaxşılaşdıraraq regenerasiyasını sürətləndirir, yarasağaldıcı təsir edir. Təbii antioksidantları sayəsində bədən hüceyrələrini sərbəst radikalların mənfi təsirindən qoruyur və yaşlanma prosesini yavaşladır.
Betulin maddəsi hesabına şiş hüceyrələrinin böyüməsini ləngidir. Xərçəng əleyhinə təsir göstərir. Sakitləşdirici, stress əleyhinə effekt verir, yuxunun keyfiyyətini yaxşılaşdırır. Tozağacı yarpaqları həm də bədənə gümrahlaşdırıcı effekt verir, əhvali-ruhiyyəni yaxşılaşdırır. Oynaq ağrıları, artrit və revmatizm kimi xəstəliklərin simptomlarını yüngülləşdirmək üçün istifadə olunur. Antibakterial xüsusiyyətləri sayəsində akne və sızanaqların, bir çox dəri xəstəliklərinin müalicəsində geniş istifadə olunur. Tozağacı yarpaqlarından hazırlanan dəmləmələr saç tökülməsinə qarşı təbii vasitə kimi istifadə olunur.