Məhsullarımız
Şərbətlər
Nevronat
DƏRMAN VASİTƏSİ DEYİLDİR!
Tərkibi (100 ml):
Dərman bədrənci (Melissa officinalis leaf distillate) yarpağının distillatı – 10 ml; Sünbüllü lavanda (Lavandula angustifolia flower distillate) çiçəyinin distillatı – 10 ml; Ürəkvari cökə (Tilia cordata flower liquid extract) çiçəyinin duru ekstraktı – 8 ml; Aptek çobanyastığı (Chamomilla recutita flower liquid extract) çiçəyinin duru ekstraktı – 6 ml; Adi razyana (Foeniculum vulgare fruit distillate) meyvəsinin distillatı – 6 ml; Adi zirə (Carum carvi fruit distillate) meyvəsinin distillatı – 6 ml.
Köməkçi maddələr: distillə suyu, saxaroza, limon turşusu (E330), pektin (E440), natrium benzoat (E211), qliserin (E422).
İstifadə qaydası:
4-7 yaş uşaqlar üçün 10 ml (2 çay qaşığı) gündə 3 dəfə;
7-12 yaş uşaqlar üçün 15 ml (1 xörək qaşığı) gündə 3 dəfə;
12 yaşdan yuxarı uşaqlar və böyüklər üçün 30 ml (2 xörək qaşığı) gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul olunur.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
4-14 yaş uşaqların istifadəsi üçün uyğundur.
Əks-göstərişlər: Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq.
Saxlanılması: 25°C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.
Yararlılıq müddəti: 3 il.
Buraxılış forması: Şərbət, 100 ml şüşə flakonda, karton qutu qablaşdırmada.
Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji aktiv qida məhsuludur.
MQ-25-000072
BAQM normal qidalanmanı əvəz etmir.
Tövsiyə olunan sutkalıq dozanı keçməyin.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.
ГОСТ 28499-2014 üzrə istehsal olunur.
İstehsalçı: “Herba Flora” MMC
Azərbaycan Respublikası,
Abşeron rayonu, Qobu ŞTQ,
Güzdək yolunun üstü.
www.herba-flora.com
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Nevronat şərbəti, sinir sisteminin işini nizamlamaq, stress və gərginliyi aradan qaldırmaq, həmçinin yuxu keyfiyyətini artırmaq üçün xüsusi olaraq hazırlanmış, bioloji aktiv qida məhsuludur. Sakitləşdirici və spazmolitik təsir göstərərək sinir hüceyrələrinin artıq oyanıqlığını azaldır, əsəbilik və qıcıqlanmanın qarşısını alır, yuxuya getməni asanlaşdıraraq gecə yuxusunu dərinləşdirir. Bundan başqa sinir-psixi gərginlik və nevrogen bağırsaq sancıları, gəyirmə və köp kimi halları effektiv şəkildə aradan qaldırmağa kömək edir.
Əlaqəli yazı mövcud deyil.