HerbaBot sizə kömək üçün burdadır!

HerbaBot-dan istifadə üçün qeydiyyatdan keçin!

Profile Icon

Herba Flora – BOT

Online

Məhsullar

Fitooil Gənəgərçək Yağı

Alınması:
Gənəgərçək toxumlarından (Oleum Ricini) soyuq sıxma yolu ilə alınan rafinə olunmuş yağ.
Fitooil Gənəgərçək yağı risinolein, olein, linol, stearin və palmitin turşuları ilə zəngindir.

İstifadəsi:
Saçlara qulluq üçün saç diblərinə sürtülür, 30 dəqiqə saxlanılır, sonra yuyulur.
Qaş və kipriklərə gündə 1 dəfə nazik qatla çəkilir. Dərinin quru və çatlamış nahiyələrinə istifadə olunur.

Əks göstərişlər:
Tərkib hissələrinə qarşı fərdi həssaslıq.

Saxlaması:
Yağ 25°C-dən yüksək olmayan temperaturda, qapağı bağlı şəkildə, uşaqların əlinin çatmayacağı yerdə saxlanmalıdır. Qapağı açıldıqdan sonra 1 ay müddətin­də istifadə oluna bilər.

Buraxılış forması: 30 ml
Saxlanma müddəti 2 ildir.
Məhsul təbiidir, çöküntü verə bilər.

Reseptsiz buraxılır.
Kosmetik yağdır.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriya

Ətraflı Məlumat

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar