Yumurtalıqlar sağ və sol olmaqla kiçik çanaqda uşaqlığın yan tərəflərində yerləşirlər. Yumurtalıqların normal anatomik yerləşməsi və quruluşu onun normal fəaliyyətindən xəbər verir. Qadınlarda cinsi yetişkənlik dövründən başlayaraq yumurtalıqlar da daxili sekresiya vəzisi rolunu oynayır. Belə ki, hipofiz vəzisinin nəzarəti altında qadın cinsi hormonları böyrəküstü vəzlə yanaşı, həm də yumurtalıqlarda sintez olunur. Yumurtalıq qadın orqanizmində ən vacib orqanlardandır. Hipofiz vəzidən ifraz olunan follikulstimuləedici, lüteinləşdirici və prolaktin hormonlarının təsiri altında yumurtalıqlardan estradiol və progesteron hormonlarının ifrazı sürətlənir, bu da ovulyasiya,hamiləlik və südvermə kimi fizioloji prosesləri təmin edir. Yumurtalığın vəzifəsi birinci, yumurtahüceyrəni yetişdirib, partladıb mayalanmaya təqdim etmək, ikinci, uşaqlığın divarını qalınlaşdıraraq gələcəkdə dölün orada inkişafını təmin etmək üçün qidalı mühitə çevirmək, üçüncü isə baş tutmuş hamiləliyi plasenta inkişaf edənədək qorumaqdır. Yumurtalıqlarda çox kiçik ölçülərdə yumurtahüceyrələr olur ki, hər tsikldə onlardan əsasən biri, bəzi hallarda ikisi menstrual tsiklin on dördüncü günü partlayıb xaric olur. Yumurtalıq kistasına ən çox cavan və ortayaşlı qadınlarda, bəzən kiçikyaşlı qız uşaqlarında da rast gəlinir. Kistanın əmələ gəlməsinin əsas səbəblərindən biri və birincisi hormonal disbalans və iltihabdır.
Follikulyar kista, sarı cisim kistası, paraovarial kista, dermoid kista və endometrial kista
Yumurtalıq kistası adı altında birləşən xəstəlik bəzən sonsuzluğun əsas səbəblərindən biridir. Follikulyar kista, sarı cisim kistası, paraovarial kista, dermoid kista və endometrial kista kimi yumurtalıqların bir neçə cür kista xəstəlikləri vardır.
Follikulyar kista böyüyərək ölçüsünü artıran, lakin hormon çatışmazlığı səbəbindən inkişafını sona çatdırmayaraq partlamayan follikullardan inkişaf edir. Belə follikulların sayı artdıqca və onlar bir-birinə yaxın yerləşdikcə ölçüsü böyüyür və bir neçə kameralı kistaya çevrilir. Follikulyar kistaların tərkibi şəffaf, duru maye ilə dolu olur. Belə kistaları normal follikuldan ayırmaq çətinlik törətmir. Follikulyar kistalar əksər hallarda simptomsuz olur buna görə də menstrual tsikl pozğunluğuna görə müayinə zamanı aşkarlanır.
Yumurtahüceyrə partlayıb çıxdıqdan sonra onun yerində yumurtalığın qranulyoz hüceyrələrindən sarı cisim inkişaf edir. Əsasən limfa və qan dövranının pozulması nəticəsində sarı cismin yerində kista inkişaf edir ki, bu da sarı cisim kistası adlanır.
Paraovarial kistalar uşaqlığın yan tərəflərindən yumurtalığa doğru uzanan enli bağın əsasında yumurtalıq toxumasından inkişaf edir. Əsasən gənc və ortayaşlı qadınlarda rast gəlinir. 4-6 sm-dən daha iri ölçülərə qədər inkişaf edə bilir. Müalicəsi laporoskopik cərrahiyyə üsuludur.
Dermoid kistaların daxilində digər kistalardan fərqli olaraq dəri törəmələri və diş, piy, qığırdaq kimi törəmələr olur. Endometrioid kista bir, bəzən də hər iki yumurtalıqda inkişaf edə bilər. Bu kista gedişinə və nəticələrinə görə digər kistalardan fərqli olaraq fəsadlaşmağa daha meyillidir. Daxili möhtəviyyatı hemorragikdir və ağrılı kistadır. Endometrioid kistanın da bir neçə növləri vardır. Bunlar yumurtalığın xoşxassəli kistalarıdır. Elə hallar da olur ki, xoşxassəli kistalar xərçəngə çevrilir. Bütün bunların qarşısını almaq üçün vaxtında həkimə müraciət etmək, müayinə, müalicə və profilaktik olaraq Feminika çayı qəbul etmək məsləhətlidir.