Yanıq yarası, yanıq izi
Hal-hazırda yanıqlar çox geniş yayılmış məişət travmalarından biri hesab olunur. Bu hal ən çox gündəlik həyatımızda təhlükəsizlik qaydalarına riayət etmədiyimiz təqdirdə baş verir. Yanıq toxumalar fiziki və kimyəvi faktorların təsiri nəticində yaranan zədələnmədir.
Yanığın növləri
Travmanın xarakterindən asılı olaraq bu zədələr kimyəvi, termiki, şüa və elektrik olmaqla 4 qrupa və 4 dərəcəyə ayrılır.
- Birinci dərəcəli yanıqlar dəri səthinin qızarması və şişməsi ilə xarakterizə olunur. Lakin 3-5 gün sonra dəri öz tamlığını bərpa edir.
- İkinci dərəcəli yanıqlar zamanı ölən dəri sahəsinin altında daxili qatı maye ilə dolu suluqlar yaranır. Belə yanıqlar 2 həftəyə sağalır.
- Üçüncü dərəcəli yanıq zamanı dəri və dərialtında nekrozlaşma baş verir. Toxunma zamanı xəstə ağrı hiss etmir. İki həftə ərzində ölmüş toxumaların yerində yeni toxumalar formalaşır. Yanıq yerində çapıqlar qalır.
- Dördüncü dərəcəli yanıqda təkcə dəri deyil, əzələ, damar və sümüklər də zədələnir.
Yanıq yarasının müalicəsi
Yanıqlar zamanı vaxtında ilkin yardım göstərmək lazımdır. Yanıq yerinin sonrakı vəziyyəti və müalicənin müddəti ilkin yardımın göstərilmə tezliyi ilə sıx əlaqədardır. İnsan orqanizmi öz-özünü tez bir zamanda bərpa etməyə və yüngül yanıqlar zamanı dəri səthində heç bir yara izi qoymadan sağaltmağa qadirdir. Daha ağır yanıqlar zamanı isə ağırlaşmaların qarşısının alınması məqsədi ilə mütləq təxirəsalınmaz tibbi yardım göstərilməlidir.
Əgər yara sahəsi böyük deyilsə, dəri səthində qızartı və suluq varsa onu axar su altında 10-15 dəqiqə soyutmaq lazımdır. Yanıq sahəsinə buz yaxud soyuq əşyalar qoymaq olmaz. Yanıq yarasının infeksiyalaşmasının qarşısını almaq üçün həmin nahiyəni mütəmadi olaraq iltihab əleyhinə xüsusi vasitələrlə işləmək və üstünə yanıq əleyhinə salfetlər qoymaq lazımdır. Xüsusilə ağır dərəcəli yanıqlardan sonra dəridə yara izləri, hətta müxtəlif kontrakturalar əmələ gəlir. Yanıqlardan sonra yaranan defektlər insanları estetik baxımdan çox narahat edir.
Demək olar ki, çox insanda müxtəlif travma və yaralanmalardan sonra dəri səthində yara izləri və çapıqlara rast gəlinir. Bu yara izləri və çapıqlar müalicəsiz öz-özünə keçmir. Yaralanmalar, kəsiklər, cərrahi əməliyyatlardan sonra da dəridə defektlər qalır. Əgər yaranın sağalma prosesi düzgün getmirsə bu zaman keloid çapıqlar əmələ gəlir. Bu çapıqlar zahirən şişə bənzəyir, ilkin zədə sahəsinin hüdudlarını aşır. Bəzi insanlar keloid xəstəliyinə meyillidirlər. Keloid çapıqlar bəzən hər hansı kəsik və zədə nahiyəsində yaranırsa, bəzən də travmasız özbaşına əmələ gəlir.
Estetik tibdə çapıqları aradan qaldırmaq üçün lipofilinq, dermobraziya, silikon plastırlar, rentgen-müalicə, hormonal preparatların yeridilməsi kimi müxtəlif metodlardan istifadə edilir. Herba Flora şirkətinin istehsal etdiyi Fitooil Zeytun yağı, Fitooil Çaytikanı yağı, Fitooil Kokos yağı yanıq və müxtəlif yara izləri, çapıqları aradan qaldırmaq üçün praktik istifadə zamanı effektli vasitələrdir.