Şüa xəstəliyi nədir?
Radioaktiv şüalar gözlə görünməsə də cisimlərdən müxtəlif dərəcədə keçmə qabiliyyətinə malikdirlər. Elm və texnologiyanın inkişafı ilə əlaqədar hər birimiz kompüter, telefon, internet qurğuları və başqa cihazların şüalanmasına məruz qalırıq. Lakin belə şüalar zəif olduğundan xəstəlik törədəcək dərəcədə təsir göstərmir.
Güclü radiasiyanın təsirindən isə toxuma və hüceyrələrdə ionlaşma prosesi getdiyinə görə onların strukturu və fəaliyyəti pozulur, nəticədə şüa xəstəliyi inkişaf edir.
Şüa xəstəliyi kəskin, yarımkəskin və xronik formalarda rast gəlinir. Kəskin forma ionlaşdırıcı radioaktiv şüaların orqanizmə qısamüddətli təsiri nəticəsində yaranır və əsasən mitoz bölünmə fazasında olan toxuma, hüceyrələr məhv olur. Bu, qəza və yaxud bədxassəli şiş xəstəliklərini müalicə etmək məqsədilə aparılan şüa terapiyası zamanı yarana bilər.
Patogenez
Şüa zədələnməsinin ilk əlamətlərindən biri limfopeniyadır. Fibroblastlar şüalara davamlı olduğundan məhv olmur, əksinə, sürətlə çoxalmağa başlayır və orqanizmdə sklerotik proseslər güclənir. Mitotik bölünmə fazasında olan hüceyrələr isə zədələnir və ya məhv olur.
Klinika
Klinik simptomların təzahürü radioaktiv şüalanmanın dozası və ondan sonrakı zaman müddətindən asılıdır. Xəstəlik 3 mərhələdə inkişaf edir.
Şüalanmanın ilk saatlarında birincili reaksiya – qusma, bədən temperaturunun yüksəlməsi, baş ağrıları meydana çıxır. Bir neçə gündən sonra sümük iliyində dəyişikliklər, qanda aqranulositoz, trombositopeniya yaranır, xəstə qısa zamanda müxtəlif infeksion xəstəliklərə tutulur, stomatit, hemorragik sindrom müşahidə olunur.
İonlaşdırıcı şüaların dozası 1-10 qrey və daha yüksək olduqda şüa xəstəliyi baş verir. Şüalanmanın miqdarından asılı olaraq 4 dərəcəyə bölünür. 1-2 qrey şüalanma yüngül, 2-4 qrey orta, 4-6 qrey ağır, 6 qreydən yüksək isə çox ağır hesab edilir. Orqan zədələnmələri də həmin göstəricilərdən asılıdır. Qeyri-bərabər şüalanma zamanı xəstəliyin dərəcəsini təyin etmək çətin olur. Bu halda bioloji dozimetriya üsulundan istifadə olunaraq orqanizmin hər bir şöbəsinin nə qədər şüalandığı müəyyənləşdirilir.
Yüngül dərəcə şüalanmada qusma olmur, yaxud 3 saatdan sonra müşahidə edilir. Zəiflik, qısamüddətli baş ağrıları xəstəni narahat edir. Bədən temperaturu normal və huş aydın olur. Xəstə hospitalizasiya olunur, aqranilositoz, infeksion ağırlaşmalar aradan qaldırılır.
Xəstəliyin orta dərəcəsində qusma, zəiflik, subfebril temperatur, dərinin qızarması və gözün sklerasında güclü hiperemiya müşahidə edilir. Hospitalizasiya ilə yanaşı izolyasiya da həyata keçirilir, güclü antibiotikoterapiya və qanaxmaya qarşı mübarizə aparılır.
Ağır şüalanmada xəstə eyni vaxtda hematoloq, cərrah və digər ixtisas həkimləri tərəfindən müalicə edilir. Yaranan ağırlaşmalar – stomatit, hemorragik sindrom, trofik xoralar və s. aradan qaldırılır. Çox ağır dərəcəli şüalanmada qusmanın sayı biraz da artır, 38-390C temperatur, dərinin kəskin qızarması, huşun alaqaranlıq olması və orqanizmin həddindən çox zəifləməsi müşahidə edilir.
Şüalanmadan sonrakı ilk saatlarda sümük iliyindəki rezervlər hesabına neyreofil leykositoz baş verir, lakin bu hal uzun müddət davam etmir. Mədə-bağırsaqda köp, ağrı, enterit əlamətləri, qastrit, ezofagit, hepatit inkişaf edir, qaraciyər fermentlərinin səviyyəsi artması, dəridə qaşınma, saçların tökülməsi, piqmentasiya, atrofik proses və xoraların inkişafına səbəb olur.
Digər orqan və sistemlərdə də dəyişiklik baş verir. Ağız boşluğunun selikli qişası kəskin ödemli olur, ağızda quruluq, tüpürcək ifrazının pozulması, xoraların yaranması müşahidə edilir.
Bu dəyişikliklərin sağalması və bərpası 1-1,5 ay çəkir.
Sonra həmin xoralar çapıq toxuması ilə əvəz olunur.
Şüa xəstəliyinin müalicəsi
Müalicə taktikası şüalanma dərəcəsinə görə seçilir, simptomatik aparılır. Aseptik şərait yaradılır, əvəzedici terapiya, infeksiya əleyhinə antibiotikoterapiya və qusma əleyhinə dərmanlardan istifadə edilir.
Xəstənin qaraciyər və ümumi orqanizmində gedən metabolik prosesləri tənzimləmək üçün Hepartea və Antixol çayları, antioksidant və immunstimulyator kimi Şəfa Vitamini təyin olunur.