Seboreya nədir?
Seboreya piy vəzilərinin disfunksiyası ilə xarakterizə olunan ümumi patoloji dəri xəstəliyidir. Bu xəstəliyin əlamətlərinə ən çox baş dərisində, üz, sinə, qulaqların arxasında, qasıq və qoltuq nahiyəsində rast gəlinir. Seboreyanın əsasən üç növünə rast gəlirik: yağlı, quru və qarışıq.
Yağlı seboreya
Yağlı seboreyası olan pasiyentlərin dəri və saçlarında yağlılıq, kəpək, sızanaq, saç tökülməsi, qaşınmalar olur. Yağlı seboreyanın (seboreik dermatit) əsas səbəbi dəriyə yağ ifraz edən vəzlərin həddindən artıq aktivliyidir. Bu problemin yaranmasına bir neçə əsas amil təsir edə bilər.
Hormonal dəyişikliklər – xüsusilə androgen hormonlarının artması piy vəzlərinin daha çox işləməsinə səbəb olur. Bu, yetkinlik dövründə və ya hormonal pozğunluqlarda daha çox müşahidə olunur.
Malassezia adlı göbələk – bu göbələk dərinin normal florasında olsa da, bəzi hallarda çoxalıb dəriyə iltihab verə bilir.
Genetik meyillik – ailə üzvlərində varsa, yeni nəslin nümayəndələrində də olma ehtimalı artır.
Stress və yorğunluq – psixoloji gərginlik və xroniki yorğunluq da seboreyanı artıran faktorlardan biridir.
Zəif immunitet – immun sistemi zəif olan insanlarda (məsələn, HİV, Parkinson xəstələri) daha ağıq formada görülə bilər.
Ətraf mühit və həyat tərzi – soyuq və quru hava, balanssız qidalanma, çox yağlı və şəkərli yeməklər də təsir edə bilər.
Müalicəsi əsas səbəbin (göbələk, endokrin pozğunluqlar) aradan qaldırılmasıdır.
Quru seboreya
Quru seboreyası olan pasiyentlərdə əsas simptomlar qaşınma, soyulma, quru kəpək, quru və kövrək saçlar, narahatlıqdır. Quru seboreyanın (seboreik dermatitin) əsas səbəbləri çoxfaktorludur, amma ən əsas təsir edən amillər aşağıdakılardır:
Dərinin lipid balansının pozulması – dəri kifayət qədər piy ifraz etmədikdə quruluq, qabıqlanma və qaşınma yaranır.
Malassezia göbələkləri – bu göbələk normal dəridə də olur, amma bəzi insanlarda ona qarşı həssaslıq və ya artmış reaksiya müşahidə olunur.
Hormon balanssızlığı – xüsusilə androgen hormonları piy vəzilərinin fəaliyyətinə təsir edir. Hormon dəyişiklikləri yağlı seboreyaya səbəb olduğu kimi, quru seboreyanı da törədə bilər.
Stress və psixoloji faktorlar – stress immun sisteminə təsir edərək dəri problemlərini kəskinləşdirə bilər.
Qida çatışmazlıqları – B qrupu vitaminlərin, xüsusilə B2, B6 və biotinin çatışmazlığı seboreyaya səbəb ola bilər.
Quru iqlim və tez-tez isti su ilə yuyunma – bu, dərinin qoruyucu lipid təbəqəsini zəiflədir.
Genetik meyillik – ailədə varsa, insanda inkişaf riski artır.
Əgər quru seboreya uzun müddət keçmirsə, qabıqlanma və qaşınma artırsa, infeksiya riski varsa – bu zaman mütləq dermatoloq müdaxiləsi lazımdır. Ev şəraitindəki baxım daha çox yüngül və erkən hallarda kömək edir.
Qarışıq seboreya
Qarışıq seboreya isə həm yağlı, həm də quru seboreyanın simptomlarını özündə cəmləşdirir və müalicəsi də əlamətlərinə uyğun aparılır. Medikamentoz müalicələrin yaxşı nəticə verməsi, seboreya əlamətlərinin tez səngiməsi və yayılmaması üçün dəriyə ev şəraitində necə qulluq etmək olduğunu da bilmək çox vacibdir. Gündəlik baxım dəriyə kömək edir və əlamətləri yüngülləşdirir. Dəriyə qulluq üçün sadə və effektiv üsullar çoxdur.
- Yumşaq, nəmləndirici şampunlar və sabunlar istifadə edilir.
- Sulfatsız və pH balanslı məhsullar seçilir.
- Təbii nəmləndiricilərdən istifadə edilir.
- Bitki əsaslı dəmləmələrlə yumaq.
- Qidalanmada pəhriz dəstəyi olunur.
- Stresdən bacardıqca uzaq durmağa çalışılır.
- Çox isti su və fen istifadəsindən qaçınılır.
Həftədə 2-3 dəfə saç yumaq kifayətdir. Hər gün yumaq dərini daha da quruda bilər. İsti su dərini daha çox qurudur. İlıq su ilə yuyunmaq tövsiyə olunur. Saçınızı təbii qurumağa buraxın və ya soyuq rejimdə fen istifadə edin.
- “Herba Flora” şirkətinin istehsal etdiyi şampun və ya bitki tərkibli (Fitooil Çobanyastığı, Zəyərək yağları) məhsullar müalicə üçün uyğundur. Fitooil Kokos, Zeytun və Şi yağları dəriyə dərin nəmlilik verir və iltihabı azaldır. Yağlı seboreyada hər hansı təbii yağı az miqdarda tətbiq edib, 1-2 saat saxlayaraq yumşaq şampunla yumaq lazımdır. Quru seboreyada isə yağlar yuyunduqdan sonra dəriyə çəkilsə yaxşı effekt verir. Çobanyastığı, lavanda, yatıqqanqal, qurudulmuş qara çay və ya dəfnə yarpağı dəmləmələri ilə baş dərisini yaxalamaq sakitləşdirici təsir göstərir. Dəmləmə sərin vəziyyətdə istifadə olunur və yuduqdan sonra təmiz su ilə durulamaya ehtiyac qalmır. B2, B6, B7 (biotin), sink və Omeqa-3 yağ turşuları ilə zəngin qidalar (yumurta, balıq, qoz, ispanaq) istifadə edin. Dəridəki iltihabi reaksiyalar streslə artdığı üçün rahatlıq texnikaları (meditasiya, yüngül idman, nəfəs məşqləri) faydalıdır. Fizioterapiya üsullarından darsonval, ozon terapiyası, mezoterapiya da etmək məsləhətdir.