Sarı cismin hipofunksiyası

Mündəricat

Sarı cismin hipofunksiyası

Sarı cismin hipofunksiyasına lüteal faza çatışmazlığı da deyilir. Bu patologiya zamanı qadının yumurtalığında partlayıb xaric olmuş yumurta hüceyrənin yerində normal sarı cisim əmələ gəlmir və ya onun funksiyası zəif olur. Nəticədə progesteron sintezi qeyri-kafi olur və endometriumun (uşaqlığın daxili divarı) mayalanmış yumurta hüceyrəni qəbul edib bəsləyəcək səviyyəyə çatması pozulur.

Menstrual tsiklin və hamiləliyin normal gedişatı üçün endometriumda tsiklə uyğun dəyişiklik lazımdır. Aybaşının ilk formalaşdığı dövrdən menopauzaya qədər bütün qadınlarda hər ay menstruasiya tsikli və endometriumun inkişaf mərhələləri eynilə təkrarlanır. Əlbəttə ki, bir follikul təxminən iki həftəyə yetişir.

Follikulun yetişməsində sarı cismin rolu

Yumurtalıqlar hipofizin ön payından gələn əmrlərə əsasən fəaliyyət göstərirlər. Hipofiz vəzi endokrin sistemin əsas mərkəzidir. O da əmri hipotalamusdan alır. Hipotalamus ifraz etdiyi follikul stimullaşdırıcı (FSH) və lüteinləşdirici (LH) hormonlar vasitəsilə yumurtalıqların fəaliyyətini tənzimləyir. Follikullar inkişaf edir, onlardan biri dominant follikula çevrilərək digərlərindən daha böyük olur. Yumurtlama mərhələsində yetkin dominant yumurta follikuldan ayrılır və yumurtasız qalan follikul sarı cismə çevrilir.

O, hipofiz vəzin əmri ilə progesteron istehsal etməyə başlayır. Beləliklə, sarı cisim progesteron ifrazetmə təşəbbüsünü öz üzərinə götürür. Endometriumun inkişafı onun qidalı mühitə çevrilərək hamiləlik üçün hazırlanmasından ibarətdir. Hər yeni tsikl həmişə endometriumun soyulması və qanaxma ilə başlayır. Sarı cismin hipofunksiyası və progesteron azlığı aybaşının 21 gündən tez olmasına, aybaşı günlərinin çoxluğuna (polimenoreya) və qanın miqdarının çoxluğuna (hipermenoreya) səbəb olur.

Yumurtlama mərhələsində yumurta hüceyrə əgər mayalanmaya məruz qalmazsa, inkişaf edən sarı cisim yalnız 12 gün progesteron sintez edir. Sarı cismin əmələ gəlməsindən bir həftə sonra hipofiz vəz əmr verməyi dayandırır və həm lüteinləşdirici, həm də follikul stimullaşdırıcı hormonların qana ifraz olunması azalır. Ancaq mayalanma baş verərsə, sarı cisim yumurtalıqda daha uzun müddət qalır. Normal funksiyaya malik olan sarı cisim progesteron ifraz edərək döllənmiş yumurtanın (ziqota) endometriuma implantasiyasını təmin edir.

İmplantasiyadan sonra sarı cismin ifraz etdiyi progesteron 10-12 həftəliyə qədər embrionun uşaqlıq divarında yaşamasını təmin edir. Hamiləlik dövründə sarı cismin hipofunksiyası və progesteron ifrazının çatışmazlığı endometriumun zəif inkişafına və bu səbəbdən də düşüklərə səbəb olur.

Herba Flora şirkətinin Feminika çayı sarı cismin hipofunksiyası və yaxud progesteron azlığı ilə müşayiət olunan qanaxmalarda və sonsuzluqlarda geniş istifadə olunur.

https://fizulihuseynov.com

Yazı ilə əlaqəli məhsullarımız