Saç tökülməsi nədir? Qadınlarda saç tökülməsinin səbəbləri

Mündəricat

Saç tökülməsi nədir?

Saçın hər gün tökülməsi normal proses olub dərinin və dəri törəmələrinin yenilənməsidir. Saçları yuyarkən on beş tükdən artıq qopması, daraqda həddindən çox tükün qalması, başın dərisində keçəlləşmiş sahələrin olması, qaş və kipriklərdə tüklərin hissəvi tökülməsi göstəricilərdir. Həmçinin, başın dərisində kəpəklənmə və qaşınma kimi simptomlar onun əsas əlamətləridir.

Lakin təbii saç tökülməsi gündə yüz tükdən çox olmamalıdır.Əsas səbəblərdən biri də genetik faktordur. Əsasən kişilərdə, bəzən isə qadınlarda genetik olaraq testosterona qarşı həssaslıq olur, bu da gənc yaşlardan başlayaraq saçların seyrəlməsi özünü biruzə verir. Bu zaman saçlar başın hər tərəfindən bərabər səviyyədə tökülmür, daha çox təpə hissədə seyrəlmə müşahidə olunur. Saçlar o dərəcədə azalır ki, tüklər sayılacaq qədər az olur və başın dərisi aydın görünür.

Saç tökülməsinin səbəbləri

Zərərli kimyəvi maddələrin istifadəsi, keyfiyyətsiz şampunlarla saçların yuyulması, radiasiya kimi mənfi hallar saçların tökülməsinə səbəb olur. Onkoloji xəstələrdə davamlı olaraq kimyaterapiya qəbul etmələri səbəbindən də saçlar tökülür. Digər saç tökülmələrindən fərqli olaraq kimyaterapiyadan sonra saçlar tamamilə tökülür.

Autoimmun xəstəliklərin inkişafı, mədə-bağırsaq traktı xəstəlikləri, baş dərisinin və onurğanın boyun şöbəsinin qan dövranının pozulması, infeksiyaların inkişafı, parazitlərin yayılması, keçirilmiş əməliyyat və travmalar, qeyri-düzgün qidalanma və uzunmüddətli pəhrizlər, dərman preparatlarının davamlı qəbulu kimi hallar da saçların tökülməsinə səbəb olur. Yuxarıda sadalanan səbəblər həm qadınlara, həm də kişilərə aiddir.

Qadınlarda saç tökülməsi

Ən çox qadınlarda saç tökülməsinin səbəbini araşdırsaq, hormonal disbalansın əsas rol oynadığını müşahidə edə bilərik. Hamiləlik zamanı da saçlar tökülür. Qadınlarda sürətli saç tökülmə adətən doğuşdan bir neçə həftə sonra başlayır və bir neçə aya qədər davam edə bilir. Bu daha çox stress, yorğunluq, yuxusuzluq, orqanizmdə zülal, vitamin və mineral səviyyəsinin azalması ilə də əlaqəli ola bilir. Ələlxüsus da qadınların balanslaşdırılmamış qidaların qəbulu zamanı belə hal baş verir.

Hamiləlik zamanı müxtəlif mineralların və vitaminlərin dölə keçməsi və qadın orqanizmində onların çatışmazlığı səbəbindən defisit yaranır, bu da saçların tökülməsinə gətirib çıxarır. Qırx yaşdan sonra qadın orqanizmi menopauzaya hazırlaşdığı üçün hormonal dəyişikliklər baş verir. Bu dövrdə qadınlarda əhvali-ruhiyyənin qeyri-stabil olması metabolizmin zəifləməsinə və tük follikullarının yetərincə qidalanmamasına səbəb olur. Qadın orqanizmində estrogenlərin miqdarı azaldığı üçün kişi cinsi hormonları nisbi olaraq artır.

Herba Flora şirkəti sizlər üçün saç tökülməsi əleyhinə Fitoton sampunları silsiləsindən Anti-Hair Loss, Repair kimi bitki tərkibli və yüksək keyfiyyətli şampunlar istehsal etmişdir. Siz də Herba Flora şirkətinin Fitoton şampunlarından istifadə edin, sağlam, güclü, parlaq və ipək kimi yumşaq saçlara sahib olun!

https://fizulihuseynov.com

Yazı ilə əlaqəli məhsullarımız