Şəkərli diabet zamanı qidalanma
Şəkərli diabet zamanı qidalanma mübadilə üçün böyük rol oynayır, II tip şəkərli diabetin yüngül formasında diyetik qidalanma əsas müalicə metodu hesab edilir. Lakin orta və ağır formalı II tip şəkərli diabetdə pəhrizlə yanaşı vacib qaydada qanda şəkəri azaldan dərman preparatları və ya insulin verilir. Nəzərə alsaq ki, I tip şəkərli diabetdə əsas müalicə insulin preparatları ilə aparılır, burada pəhriz və rejim yardımçı xarakter daşıyır.
Qadağandır
Məsləhətdir
- Şəkər, konfet, tortlar, mürəbbələr, bal, dondurma, şirin meyvələr (əncir, üzüm, banan, yemiş), ağ çörək
- Çox şirin olmayan meyvə və giləmeyvələr, bütün növ tərəvəzlər (kartof, qarğıdalı istisna olmaqla), bütün göyərti növləri, çovdar çörəyi
- Qazlı, şirin içkilər, spirtli içkilər, hazır meyvə şirələri, enerji içkiləri, pivə, tünd qara çay
- Təzə sıxılmış tərəvəz şirələri, qazsız mineral sular, Diabetea çayı, yağsız ayran, yaşıl çay,
- Mirfazin çayı
- Yağlı qaymaq, kəsmik, yağlı və duzlu pendir
- Yağsız kəsmik, duzsuz pendir, az miqdarda yağsız süd
- Yağda qızarmş məhsullar, dərisi soyulmamış balıq və toyuq əti
- Buxarda, suda və ya manqalda bişmiş məhsullar, dana əti, dərisi soyulmuş balıq, toyuq və hindquşu əti
- Yağlı, hisə verilmiş ət və ət məhsulları, kolbasa və sosislər, küçədə tez hazırlanan qidalar, hazır konservlər
Məhdudlaşdırılır
Yarmalar, makaronlar, bişmiş meyvə-tərəvəzlər, qarpız, qara şokolad, meyvə şirələri, orta yağlı süd, orta yağlı pendir və kəsmik, dərisi soyulmuş qaz və ördək əti.