Reyno xəstəliyi nədir? Reyno sindromunun yaranma səbəbi

Mündəricat

Reyno xəstəliyi nədir?

Reyno soyuq hava şəraitinə məruz qaldıqdan sonra əl barmaqları, ayaq barmaqları, burun və qulaqlar kimi qan dövranı zəif olan bölgələrdə dəridə solğunluq və ya göyərmə kimi əlamətlərin görünməsinə verilən addır. İdeal ekoloji şəraitə qayıtdıqda simptomlar yox olur.

Bu, sözügedən bölgələrdəki qan damarlarının soyuq şəraitə görə büzülməsi və vazospazma məruz qalması və toxumalara qan axınının müvəqqəti olaraq azalması və ya dayandırılması səbəbindən baş verir.

Reyno sindromu ətraf mühitin temperaturu ilə tərs mütənasibdir və uzun müddət davam etdikdə toxumalara qan axınının kəsilməsi səbəbindən toxumaların zədələnməsinə səbəb ola bilər. Əslində Reyno sinromu tibbi dildə xəstəlik deyil; mövcud xəstəliyin əlaməti kimi qəbul edilir. Müxtəlif revmatoloji xəstəliklər səbəbiylə inkişaf edən Reyno sindromuna ikincili Reyno xəstəliyi deyilir.

Əsas patoloji və təcrid olunmuş Reyno sindromu olmadıqda, klinik simptomlara əsasən Reyno xəstəliyi deyilir. Reyno sindromunun inkişafı həm müxtəlif əsas patologiyaların mövcudluğundan, həm də bəzi xarici ekoloji şəraitin və ya müxtəlif stress faktorlarının mövcudluğundan asılıdır. Bu mənada, Reyno sindromu olan bir xəstədə təsirli bir müalicə təklif etmək üçün Reyno sindromunun yaranmasına səbəb olan problemlərin müəyyən edilməsi çox vacibdir.

Reyno sindromunun yaranma səbəbi

Reyno sindromunun inkişafına səbəb olan sağlamlıq problemlərini aşağıdakı kimi ümumiləşdirmək olar:

  • Donma: Ətraf mühitin aşağı temperaturlarında damarlarda spazm olur, qan axınının qarşısını alır ve Reyno sindromu inkişaf edir.
  • Sklerodermiya: Xüsusilə dəridə müxtəlif əlamətlərə və bərkimələrə səbəb olan sklerodermiya xəstəliyində deformasiya nəticəsində damarların strukturu pozulur və barmaqlarda Reyno inkişaf edir.
  • Artrit: Müxtəlif amillərlə əl və ayaq barmaqlarının oynaqlarının iltihabı bu bölgələrdə qan axını pozaraq Reyno xəstəliyinə səbəb ola bilər.
  • Ateroskleroz: Damarlarda aterosklerotik lövhələrin (damarların sərtləşməsi) inkişafı əl barmaqlarının və ayaq barmaqlarının qan axınını pozur və Reyno sindromuna səbəb ola bilir.
  • Oynaq revmatizmi: Revmatoid artrit olaraq da tanınan bu revmatoloji xəstəlikdə oynaqlarda iltihab damarlarda qan axınını poza bilər.
  • Sistem qırmızı qurd eşənəyi: Qan dövranında ümumi olan anticisimlərin oynaqlarda və damar divarlarında toplanması nəticəsində qanın mikrosikulyasiyasının pozulmasına və Reyno sindromuna səbəb olur.
  • Siqaret İstifadəsi: Xroniki siqaret çəkmə toxumalara oksigenin çatmasında problemlər yaratdığı üçün əl və ayaq barmaqları kimi distal nahiyələr xarici amillərə qarşı həssas olur və soyuq iqlim şəraitində qan dövranı pozğunluğuna görə Reyno xəstəliyi əmələ gəlir.
  • Emosional stress: Reyno sindromu emosional stress nəticəsinddə qan damarlarının spazmı(daralması) yaranan, Reyno sindromuna meylli insanlarda görülə bilər.
  • Bəzi dərmanların yan təsirləri: Betta blokatorlar kimi dərmanlar, amfetaminlər qan damarlarının kiçilməsinə və Reyno sindromuna səbəb olur.

 

Araşdırmalara görə, Reyno sindromu kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir. Bundan əlavə, birincili Reyno xəstəliyi 30 yaşdan kiçik yetkinlərdə tez-tez rast gəlinir. 30 yaşdan sonra müxtəlif revmatoloji xəstəliklərin olması səbəbindən ikinci Reyno xəstəliyi daha çox rast gəlinir. Reyno xəstəliyinin simptomları əsas xəstəlik və tətikləyici amillərin şiddəti və müddəti ilə sıx bağlıdır.

Reyno xəstəliyi simptomları nələrdir?

Buna uyğun olaraq, Reyno xəstəliyində aşağıdakı simptomlar tez-tez müşahidə olunur:

  • Dərinin solğunluğu və ya göyərməsi: bədən distal nahiyələrində (barmaq və ya ayaq barmağı, burun, qulaq) rəng dəyişikliyi, ağarma və ya göyərmə ola bilər.
  • Paresteziya və uyuşma: distal nahiyələrdə toxunma hissi azalır, qarışqa yerişi və ya uyuşma hiss edilə bilər.
  • Ağrı: xüsusilə ikincili Reyno xəstəliyində ağrı simptomları ilə müşayiət oluna bilər. Reyno sindromu uzun müddət davam edərsə, onun səbəb ola biləcəyi toxuma zədələnməsi səbəbindən ağrı güclənə bilər.
  • İsti bir mühitdə simptomların aradan qaldırılması: Soyuq havada meydana gələn simptomlar adətən toxumalar bir temperaturda qızdırıldıqdan sonra 15 dəqiqə ərzində yox olur.

 

Reyno xəstəliyinin tədqiqi əsas patologiyanın düzgün qiymətləndirilməsinə əsaslanır. Bu istiqamətdə həkim tərəfindən ətraflı fiziki anamnez toplanmalı, lazım gəldikdə hərtərəfli fiziki müayinə, əlavə görüntüləmə və laboratoriya müayinəsi aparılmalıdır. Hər kəs özündə və ətraf yaxınlarında bu əlamətləri görərsə dərhal revmatoloqa və ya cərraha müraciət etməsi faydalı olar.

https://fizulihuseynov.com

Yazı ilə əlaqəli məhsullarımız

Heç bir nəticə tapılmadı.