Kəskinləşən revmatizm.
Revmatizm (sinonimləri: revmatik qızdırma, Sokolski-Buyo xəstəliyi) üçün xroniki gediş, residivlərə meyillik, yaz və payız aylarında kəskinləşmələr səciyyəvidir. Ürək qüsurlarının 80%-i ürək və damarların revmatik zədələnməsinin payına düşür. Revmatik prosesə əksər hallarda oynaqlar, seroz qişalar, dəri və mərkəzi sinir sistemi məruz qalır. Revmatizmin rastgəlmə tezliyi 0,3%-3% təşkil edir. Xəstəlik əsasən uşaq və yeniyetmə yaşlarda (7-15 yaş) inkişaf edir, məktəbəqədər yaşlı uşaqlar və böyüklərdə ona az təsadüf olunur. Revmatik qızdırma kişilərlə müqayisədə qadınlarda 3 dəfə artıq qeydə alınır.
Revmatizm xəstəliyi təəssüf ki, artan xəstəliklər sırasındadır. Sadə görünsə də, təhlükəli bir xəstəlikdir, lakin təbii vasitələrlə mütəmadi müalicə onu sağalda bilər. Xəstəliyin 120-dən çox müxtəlif formaları var, bədənin bütün üzvlərini zədələyə bilir. Qan, əzələ, hüceyrə, sümük, qığırdaq və s. formaları var. Ən çox yayılmış qığırdaq və sümük formalarıdır. Revmatizmin bu qədər növünün olmasına baxmayaraq xalq təbabətində demək olar, bunların hamısı üçün eyni müalicə üsulu var.
Xalq arasında belə bir deyim var: “Revmatizm oynaqları yalayır, ürəyi dişləyir”. Xəstəlik zamanı qanda mikrobların (streptokoklar) artması bədəndə autoimmun proseslərin işə düşməsi və ürək klapanlarının zədələnməsi ilə nəticələnir. Ürəyə qulaq asdıqda döyüntülərdən sonra fışıltı səsi gəlir, bu, ürək klapanlarının tam bağlanmadığını və qanın bir hissəsinin ürəyə qayıtdığını göstərir. Mədəciklərə qayıdan qanın həcmi getdikcə çoxalır və sonda ürək çatışmazlığına səbəb olur.
Oynaqlarda üzücü ağrılar, halsızlıq, yorğunluq, axşamlar 37-38 dərəcəyə (bəzən temperatur olmaya bilər) çatan temperatur olduqda revmatizmə görə müayinə olunmaq lazımdır. Xəstəliyin müalicəsində ilk növbədə bədən müqavimətini yüksəltmək və antimikrob təsir göstərən bitkilərdən istifadə etmək lazımdır. İmmunitet zəif olduqda bu xəstəlikdən xilas olmaq mümkün deyil. Oynaq ağrıları güclü olduqda 2 kq dağ (Naxçıvan) duzu isidilərək pambıq parçaya bükülür, isti şəkildə diz və ya bel nahiyəsinə bağlanır. Və yaxud oynaqlara və bel nahiyəsinə gündə 2 dəfə qarazirə yağı çəkilir. Eyni zamanda, 20 kq Naftalan nefti qızdırılır, elə bir qaba tökülür ki, ayaqlar içinə salındıqda neft dizdən yuxarı çıxsın. Gündə bir dəfə, yarım saat müddətində ayaqlar neftin içində saxlanır. Naftalan nefti uzun müddət keyfiyyətini saxladığından onu 1 il istifadə etmək olar. Eyni zamanda Herba Flora şirkətinin Ağrımaz kremidə Revmatizm zamanı oynaq ağrılarında olduqca faydalıdır.
Mənbə : Füzuli Hüseynov bloq və digər yazılı mənbələr.