Payızda kəskinləşən xəstəlliklər.

Mündəricat

Payız movmsümü havaların soyuması, isti havadan birdən – birə soyuq havaya keçid ilə əlaqədar olaraq xroniki xəstəliklərin xüsusən də allergik xəstəliklərin kəskinləşmə dövrüdür. Soyuq, küləkli hava, qurumuş yarpaqların, bitgi qalıqlarının havaya qarışması havanın tozluluq dərəcəsini artırır. Allergik rinit, bronxial astma, allergik bronxit, allergik dermatit və s. xəstəliklərbu dövrdə kəskinləşir. Yay fəslindən payız fəslinə keçəndə insan orqanizminin immuniteti zəifləyir. Bu dövrdə allergik xəstəlikləri olan uşaqlarda xəstəliklər aktivləşir. Bəzən bu kəskinləşməni soyuqdəymə kimi qiymətləndirərək lazımsız dərman qəbul edilir. Allergik xəstəliklərdən başqa ürək-qan dövranı xəstəlikləri, şəkərli diabet, mədə-bagırsaq xəstəlikləri və s. də bu dövrdə kəskinləşir.

Payızın gəlişi ilə bağlı insanların psixologiyasında da müəyyən problemlər yaranır. Bu halı yalnız insanlarda deyil, bütün canlılarda müşahidə etmək mümkündür. Biokimyəvi stress insan psixologiyasında ciddi fəsadlar yaradır: İnsan psixologiyası insan fiziologiyasına, insanın biokimyasına çox bağlıdır. Fəsil dəyişkənliyi insan orqanizmində olduğu kimi psixologiyasında da müəyyən dəyişikliklərə səbəb olur. Və təbii ki, insanda bu zaman depressiya halları çox olur. Qısa müddətli halsızlıq, ruh düşkünlüyü qorxulu depressiya kimi qəbul olunmamalıdır. Depressiya qrip kimi bir şeydir. Əgər heç bir həkim buna müdaxilə etməsə də, bir aya keçib gedir. Bu səthi depressiyadır, təbiətdəki bütün canlıların özlərini yeni mövsümə hazırlayarkən keçirdikləri bir durğunluq dövrüdür. Hər canlının yaşadığı bu fiziki və ruhi dəyişikliyi bəzi heyvanlar qış yuxusuna gedərək keçirir. Bu dövrdə orqanizmin müqavimətini artırmaq məqsədilə vitamin – meniral balansını  möhkəmləndirmək lazımdır. Bunun üçün meyvə – tərəvəzlərdən bol istifadə etmək, hər gün təmiz havada ən azı bir saat gəzmək, yüksək əhval ruhiyədə olmaq, evdə tozları nəm əski ilə tez-tez silmək, evin havasını tez-tez dəyişmək lazımdır. Vitamin – meniral balansını artırmaq və immuniteti artırmaq üçün təbiirkibli Şəfa vitamini, Nat qara zirə, Nat sarımsaq kapsullarından istifadə etmək çox faydalıdır.

 

Yazı ilə əlaqəli məhsullarımız

Heç bir nəticə tapılmadı.