Pankreatit nədir?
Pankreatit – mədəaltı vəzin iltihabi xəstəliyidir. Bu xəstəlik kəskin və ya xroniki formada ola bilər. Pankreatit zamanı mədəaltı vəz fermentləri vaxtından əvvəl aktivləşir və toxumaları zədələyərək iltihaba səbəb olur.
Pankreatitin səbəbləri aşağıdakılardır:
- Alkoqol istifadəsi – Xroniki pankreatitin ən əsas səbəblərindən biridir.
- Öd kisəsi xəstəlikləri və öd daşı – Kəskin pankreatitin ən yayılmış səbəbidir.
- Dərmanlar – Bəzi dərmanlar (diuretiklər, bəzi antibiotiklər) pankreatitə səbəb ola bilər.
- Yüksək yağlı pəhriz və piylənmə – Yağlı qidalar mədəaltı vəzə əlavə yük yaradır.
- Siqaret çəkmək – Xroniki pankreatit və pankreas xərçəngi riskini artırır.
- Metabolik pozğunluqlar – Hiperlipidemiya, hiperkalsemiya pankreatitin inkişafına səbəb ola bilər.
- İnfeksiyalar və travmalar – Virus infeksiyaları və ya qarının travmaları mədəaltı vəzi zədələyə bilər.
- Genetik faktorlar – Ailəsində və nəslində pankreatit xəstəliyi olan insanlarda bu xəstəlik riski yüksəkdir.
Pankreatitin növü və simptomları hansılardır?
Kəskin pankreatitlərdə:
- Qarının yuxarı hissəsində güclü, kəmərvari ağrı
- Ürəkbulanma və qusma
- Hərarətin yüksəlməsi
- Nəbzin sürətlənməsi
- Qarında şişkinlik və həzmsizlik
Xroniki pankreatitlərdə:
- Uzunmüddətli, təkrarlanan qarın ağrıları
- Çəki itkisi
- Yağlı və pis qoxulu nəcis (steatoreya)
- Şəkərli diabetin inkişafı (mədəaltı vəzdən insulin istehsalının azalması səbəbindən)
Kəskin və xroniki pankreatitlərin müalicəsi
Kəskin pankreatitin müalicəsi:
Xəstəxanaya yerləşdirmə
Qanın maye və elektrolit balansının bərpası
Ağrıkəsicilər və iltihab əleyhinə dərmanlar
Qidalanmanın müvəqqəti dayandırılması
Əgər öd daşı səbəbdirsə, öd kisəsinin çıxarılması (xolesistektomiya) və ya daşların endoskopik yolla xaric edilməsi tətbiq oluna bilər
Xroniki pankreatitin müalicəsi:
Alkoqol və siqaretdən tam imtina
Aşağı yağlı pəhriz
Pankreas fermentlərinin yeridilməsi (həzm prosesinə kömək etmək üçün)
Vitamin və mineralların qəbulu
Ağrını nəzarətdə saxlamaq üçün dərmanlar
Bəzən ağır hallarda cərrahi müdaxilə
Ağır hallarda cərrahiyyə əməliyyatı və ya endoskopik prosedurlar tələb oluna bilər. Əgər pankreatit düzgün müalicə olunmazsa, ağırlaşmalar (pankreas nekrozu, psevdokistlər, diabet, həzm sisteminin problemləri) yarana bilər.
Pankreatit xəstəliyinin müalicəsində təbii üsullardan istifadənin böyük əhəmiyyəti vardır.
“Herba Flora” şirkəti pankreatit xəstəliyinin müalicəsində də bizə yaxından köməklik edərək Pankreas çayını istehsal etmişdir. Zəngin bitki tərkibinə malik olan Pankreas çayı mədəaltı vəzin qan dövranını yaxşılaşdırır, hüceyrə strukturunu bərpa edir və iltihabın sorulmasını sürətləndirərək regenerasiyasını təmin edir. Mədəaltı vəzin sekretor aktivliyini tənzimləyir, ödün ifrazını sürətləndirir, zülalların, karbohidratların, yağların həzmini normallaşdırır və qida maddələrinin bağırsaqlardan sorulmasını tənzimləyir. Bağırsaqların peristaltikasını normallaşdırır, spazmolitik təsir göstərir, meteorizm və sancıların qarşısını alır. Herba Flora məhsullarından olan Pankreas çayından istifadə edərək sağlam mədəaltı vəzə sahib olaq.