Mioma nədir?
Mioma, qadınların uşaqlığında yaranan xoşxassəli şişdir. Bu, uşaqlıq divarının saya əzələ toxumasının və birləşdirici toxumanın anormal şəkildə böyüməsi nəticəsində inkişaf edən törəmədir. Miomaların yaranması əsasən hormonal patoloji pozuntularla və genetik faktorlarla əlaqələndirilir. Miomalar çox kiçik ölçülərdən (bir neçə millimetr) çox böyük ölçülərə qədər dəyişə bilər. Hormonlardan estrogen və progesteronun sekresiyasının artması miomaların ölçülərinin böyüməsinə təsir edir. Ailədə və nəsildə mioma xəstəliyi olarsa bu simptomların yaranma riski artır.
Miomanın növləri hansılardır?
- Submukoz
- Subseroz
- İntramural
- Pedinkulyar
Submukoz miomalar yerləşməsinə görə digərlərindən fərqlənir. Bu tip miomalar uşaqlığın divarının daxili təbəqəsinə yaxın yerləşir və qanamaya meyilli olur. Subseroz miomalar isə uşaqlıq divarının xarici təbəqəsinə doğru yerləşir. Uşaqlığın daxili selikli qişasından inkişaf edən isə intramural miomalardır. Pedinkulyar miomalar digərlərinə nisbətən daha fərqli quruluşa malikdir, belə ki, nazik sapabənzər bağla uşaqlığın daxili divarına təsbit olunur, miomanın cismi isə uşaqlıq boşluğunda yerləşir.
Miomanın simptomlarına çanaqda ağırlıq hissi, qarının aşağı nahiyəsində ağrı, bel nahiyəsində ağrılar, aybaşı zamanı çox qanaxma (menorragiya) və bu müddətin uzanması kimi pozuntular daxildir. Mioma sidik kisəsinə təzyiq göstərməsi nəticəsində tez-tez sidiyə çıxma olur. Hamiləliyin baş verməsi çətinləşir, həmçinin yarımçıq düşüklərlə nəticələnən hamiləliklərə və sonsuzluğa gətirib çıxara bilir.
Miomanın müalicəsi
Miomanın müalicəsi onun ölçüsündən, yerləşməsindən və simptomlarından asılıdır. Medikamentoz müalicə məqsədi ilə hormonal balansı tənzimləyən dərmanlar istifadə edilə bilər. Cərrahi müalicə göstərişdən asılı olaraq iki variantda aparılır. Birinci üsul miomektomiya əməliyyatıdır ki, yalnız miomanın çıxarılması icra olunur. İkinci variant isə histerektomiya əməliyyatıdır ki, uşaqlığın mioma ilə birlikdə tamamilə çıxarılması əməliyyatı icra olunur.
Miomanın müalicəsinin digər metodlarından biri də onun ölçüsünün kiçildilməsi üsuludur. Bu məqsədlə uşaqlıq arteriyasının embolizasiyası aparılır. Embolizasiya zamanı uşaqlıq arteriyalarının qan təchizatının azaldılması ilə miomanın kiçilməsinə nail olmaq olur. Erkən qoyulan diaqnoz və müalicənin vaxtında başlanması daha yaxşı nəticələr verir.
“Herba Flora” şirkətinin Feminika və Profemin adlı çayları, həmçinin Vitex10 kapsulları qadın xəstəliklərində istifadə olunur və yetərincə yaxşı nəticələr verir. Feminika çayı qadın sağlamlığının qeydinə qalır. Yumurtalıqların, uşaqlıq və uşaqlıq borularının iltihabını azaltmağa, ginekoloji disfunksiya səbəbindən baş verən ağrıları aradan qaldırmağa kömək edir. Həmçinin aybaşı tsiklini tənzimləməyə, qadınlarda erkən menopauzanın qarşısını almağa, istilikbasma, həyəcan, əsəbilik, ürəkdöyünmə kimi klimakterik əlamətləri azaltmağa yardım göstərir. Profemin çayı isə qanaxma ilə müşayiət olunan mioma və fibromiomalar zamanı yardımçı vasitə kimi təyin oluna bilir. Vitex10 kapsulları isə yeniyetmə qızlardan tutmuş bütün qadınlara bir çox ginekoloji problemlərdə tövsiyə olunan əvəzolunmaz məhsuldur.