Menstruasiya nədir?
Menstruasiya yalnız qadınlara məxsus olan fizioloji bir prosesdir və bu tsikl normal hallarda hər ay təkrarlanır. Tibbi araşdırmalara görə, menstruasiya zamanı ağrı qadın reproduktiv sisteminin təbii fəaliyyətinin nəticəsidir. Menstruasiya zamanı orqanizmdə uşaqlığın daralmasına səbəb olan prostaglandin adlı hormonlar istehsal edir. Nəticədə uşaqlığın daxili qişası soyulur və menstruasiya qanı xaric olur. Menstruasiya zamanı ağrı yalnız bu proseslərin nəticəsidir. Gündəlik fəaliyyətə, iş rejiminə mane olmayan qısa və zəif menstrual ağrılar normadır.
Ancaq qadınların 5-10%-də ağrı dözülməz həddə olur. Bu vəziyyət alqomenoreya adlanır. Çox vaxt qadınlar qarnın alt hissəsində hiss olunan kəskin və dözülməz ağrılar yaşayırlar, bu müddətdə hər hansı fiziki və zehni fəaliyyətlə məşğul olmaq mümkün olmur. Bəzi hallarda ağrı bel bölgəsində, qasıqda, budda və xarici cinsiyyət orqanlarında hiss edilir. Bəzən ağrı bir neçə gün əvvəldən başlayır və iki-üç gün davam edir. Bu vəziyyətdə qadının sinir sistemi gərilir, əsəbilik, halsızlıq və zəiflik müşahidə olunur. Baş ağrısı, ürəkbulanma, başgicəllənmə və ishal da baş verə bilər.
Menstruasiya ağrılarının səbəbləri nələrdir?
Menstruasiya zamanı şiddətli ağrıları törədən səbəblər aşağıdakılardır:
- Şiddətli ağrıların ən təhlükəli və mümkün səbəbi uşaqlıq yolunda qeyri-infeksion xəstəlikdir, məsələn, fibromiomalar (uşaqlığın əzələ qatının xoşxassəli şişi), endometrioz və s. Belə xəstəliklər çoxdur, buna görə də hər bir hal ayrıca nəzərdən keçirilir. Xəstəliyin xarakterini yalnız biokimyəvi tədqiqatlar vasitəsilə müəyyən etmək mümkündür.
- Sarı cismin hipofunksiyası, yəni luteal fazanın olmamasıdır. Əsasən bu sarı cismin lazım olduğu kimi işləməməsi və az miqdarda progesteron ifraz etməsi deməkdir.
- Daha bir səbəb qeyri-kafi fiziki fəaliyyətdir, bunun nəticəsində vaginal əzələlər zəif inkişaf edir, elastik olmur, buna görə də bədəndəki hər hansı bir dəyişikliyə daha güclü reaksiya verir. Belə hallarda müntəzəm bədən tərbiyəsi ən yaxşı müalicə üsulu hesab olunur. Burada vacib məqam menstruasiya dövründə onları istisna etməkdir.
- İrsi faktor. Analardan və ya nənələrdən menstruasiya zamanı necə və hansı ağrıları yaşadıqlarını, ağrının hansı günlərdə daha güclü olduğunu soruşmaq vacibdir. Bununla bağlı bütün məlumatları öyrənmək məqsədəuyğundur, çünki, bu da bir növ xəstəlikdir, ana və nənədə və bəlkə də ailədəki digər qadınlarda var.
Həmçinin, şiddətli ağrının səbəbi uşaqlığın əzələ divarının spazmlarına və qan damarlarının daralmasına səbəb olan “pis” prostaglandinlərin həddindən artıq olması ola bilər. Qanda kalsium çatışmazlığı da patologiyanın mümkün səbəblərindən biridir. Bu vəziyyətdə onun qəbulunu artırmağa çalışın. Bunun üçün çox miqdarda kalsium saxlayan qidalar, xüsusən də süd məhsulları, həmçinin kalsium preparatları qəbul etmək lazımdır.
Maqnezium əskikliyi menstruasiya zamanı qadının əhval-ruhiyyəsinə mənfi təsir edir, çünki maqnezium əzələlərin normal funksiyasını təmin edən adenozin trifosfat turşusunun normal səviyyəsini tənzimləyir. Maqnezium defisitinin qarşısını almaq üçün gündə ən azı bir banan yemək tövsiyə olunur. Ağrının səbəbi məhz bu elementin çatışmazlığıdırsa, növbəti menstruasiya dövründə qadın özünü daha yaxşı hiss edəcək. Yanaşı olaraq maqnezium karbonat tozunu qəbul etmək çox təsirli bir vasitədir, ancaq əvvəlcə həkimlə məsləhətləşmək lazımdır.
Faktorlardan biri də ağrıya qarşı həssaslığın yüksəlməsidir. Bu hal daimi stress, yüksək fiziki yüklənmə, həddindən artıq yorulma və hər hansı bir sinir pozğunluğu səbəbindən baş verir. Mentruasiya ağrılarında və digər aybaşı pozulmalarında Herba Flora şirkətinin Profemin, Feminika çaylarının və Vitex10 kapsulunun təbii müalicə vasitəsi kimi qəbulu yaxşı nəticə verir.