Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi

Mündəricat

Mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi həzm sistemi xəstəlikləri içərisində çox geniş öyrənilmişdir. Bu xəstəlik xoniki olub mədə-bağırsağın selikli qişasında ciddi bir mexaniki qüsur və zədədir. Etiologiyasından və kənar təsirlərdən asılı olaraq xəstəliyin ümumi gedişatında tez-tez residivlər və remissiyalar ola bilər. Hazırkı dövrümüzdə mədə və onikibarmaq bağırsaq xorası bütün orqanizmin xroniki xəstəliyi kimi çox geniş yayılmışdır. Xəstəliyin etiologiyası çox müxtəlifdir. Etioloji faktorlardan sinir sisteminin müxtəlif pozuntularını, hormonal çatışmazlıqları, mədə turşuluğunun yüksəkliyini və bir sıra başqa səbəbləri göstərmək olar. Bunlara qida rejimindəki pozuntuları, mədə seliyinin az ifraz olunmasını və helikobakteri də əlavə etmək olar. Əslində mədənin və onikibarmaq bağırsağın selikli qişasının zədələnməsi və selikli qişada yara defektinin inkişaf etməsi ilə gedən bu xəstəliyin əsas səbəbləri ekzogen və endogen faktorlardır.

A.Ekzogen(xarici) faktorlar.
1. Qida rejiminin pozulması
2. Qıcıqlandırıcı (sirkəli, istiotlu, acılı) qidaların və alkoqolun çox qəbulu.
3. Siqaretçəkmə.
4. Stress və əsəb gərginliyi.

B.Endogen (daxili) faktorlar.
1. Mədə turşuluğunun artması.
2. Pepsinin aktivliyinin yüksəlməsi.
3. Selikli qişanın baryer funksiyasının zəifləməsi.
4. Helikobakter pilori (HP) bakteriyalarının təsiri.
5. Selikli qişada mikrosirkulyasiyanın pozulması.

Helikobakter pilori (HP) turşuluğa davamlı bakteriyalar olduğu üçün dünya əhalisinin 70-80%-nin mədəsində tapılır. Kəskin qidalar və davamlı stress bu xəstəliyin remissiyasına şərait yaradır. Mədə turşuluğunu yüksəldən bir sıra dərman preparatları (QSİƏP-lər) da xəstəliyin kəskinləşməsinə səbəb olur.

Mədə və onikibarmaq bağırsağın xora xəstəliyinin əlamətləri

Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi epiqastral nahiyədə şiddətli ağrılar, ürəkbulanma və qusma ilə müşayiət olunur. Mədə xorasının əsas əlaməti ağrıların qida qəbulundan sonra mədəüstü nahiyədə olması, onikibarmaq bağırsağın xorası zamanı isə ağrıların acqarına mədə ilə göbəkarası nahiyədə lokallaşmasıdır. Onikibarmaq bağırsağın xora xəstəliyinə gecə ağrıları da xarakterikdir. Belə xəstələr gecələr yuxudan durub qida qəbul edirlər. Bu xəstəliklərdə irsiyyətin də rolu vardır. Xoralar 4-8 mm-dən 5-6 sm-dək böyüklükdə olur. Müasir dövrümüzdə xora xəstəliyinin diaqnostikası çox asan və dəqiq aparılır. Bu xəstəlik yaz və payız aylarında kəskinləşir.

Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi bir sıra ağırlaşmalarla nəticələnir. Mədə qanaxması, onikibarmaq bağırsaq qanaxması, xoranın ətraf orqanlara penetrasiya etməsi (ətraf orqanlara keçməsi), xoranın perforasiyası (deşilməsi) pilorik hissənin daralması, mədə və ya onikibarmaq bağırsaq xərçəngi kimi ağırlaşmaları misal göstərmək olar. Xəstəliyin vaxtında aşkarlanmasında rentgenoloji (taxça simptomu), endoskopik (qastroduodenoskopiya) və bir sıra laborator müayinələrdən istifadə edilir. Cərrahi müalicə tələb etməyən xoralarda tərkibi zəyərək və kəcəvərlə zəngin olan Teastomin çayından istifadə etmək ağrıların azalmasına müsbət təsir göstərir. Bu bitkilər selik və kalamin, akorin kimi antasid təsirə malik qlikozidlərlə zəngindir. Mədə və onikibarmaq bağırsağın xora xəstəliyinin kompleks müalicəsində Fitooil Zəyərək yağı yaxşı effekt verir.

https://fizulihuseynov.com/

Yazı ilə əlaqəli məhsullarımız

Heç bir nəticə tapılmadı.