Laxtalanma nədir?
Laxtalanma qan itkisinin qarşısını almaq üçün bədəndə baş verən təbii müdafiə mexanizmidir. Laxtalanma daha çox qan damarlarının mexaniki zədələnməsi zamanı baş verən qanaxmanı dayandırmaq üçün işə düşən prosesdir. Bu zaman qan hüceyrələrindən biri olan trombositlər və qan zülalları birləşərək “laxta” adlanan möhkəm bir struktur əmələ gətirir. Qanın laxtalanması sayəsində qanın damarlardan xaricə axması dayanır və yara sağalmağa başlayır.
Laxtalanma prosesinin mərhələləri hansılardır?
Bu proses bir neçə ardıcıl mərhələ şəklində baş verir.
-
- Laxtalanma prosesinin əsas mərhələlərindən biri vazokonstruksiya mərhələsidir ki, bu zaman zədə yerində axan qanın miqdarının azalması üçün avtomatik olaraq damarlar daralır.
- İkinci mərhələ fibrin tellərinin əmələ gəlməsidir. Bu mərhələdə fibrin adlı zülal zədələnmiş bölgədə tor şəklində bir struktur yaradır, əmələ gələn tor şəbəkə bir-birinə yapışmış trombositləri özünə möhkəm bağlayaraq zədələnmiş damar divarında sabit bir tıxanma formalaşdırır.
- Digər mərhələ trombositlərin zədə yerinə toplanaraq bir-birinə yapışması və laxta əmələ gətirərək torşəkilli fibrin telləri ilə birləşib qanın axmasını mexaniki olaraq dayandırmasıdır.
Hər üç mərhələ demək olar ki, eyni vaxtda başlayır. Damar divarının daralması, damarın zədələnmiş yerində fibrin tellərinin əmələ gəlməsi və trombositlərin bir birinə yapışaraq laxta əmələ gətirməsi prosesləri müəyyən ardıcıllıqla gedir.
Ancaq laxtalanma prosesi balansdan çıxarsa, ciddi problemlər yarana bilər. Məsələn, həddindən artıq laxtalanma tromb əmələ gətirərək damarların tutulmasına səbəb ola bilər, bu da infarkt və ya insult kimi patologiyalara gətirib çıxara bilər. Laxtalanma prosesinin sürətlənməsi eyni zamanda kapilyar qan dövranının pozulmasına da yol açır. Qan kifayət qədər laxtalanmasa və laxtalanma müddəti uzansa, həddindən artıq qanaxma baş verə bilər. Bu da burundan qanaxma, hemorragik insult və digər ağırlaşmalara gətirib çıxarır.
Laxta necə formalaşır?
Laxtalanma faktorları qan laxtalanması prosesində iştirak edən və qanaxmanı dayandırmağa kömək edən xüsusi zülallardır. Bu faktorlar ümumiyyətlə on iki əsas sinifə bölünür, hər biri müəyyən bir rol oynayır və müəyyən bir ardıcıllıqla aktivləşir. Laxtalanma faktorlarına fibrinogen, protrombin, toxuma faktoru, tromboplastin, kalsium, proakselerin, prokonvertin, anti-hemofil, antikonvertin, hageman və fibrin stabilizasiya faktoru aiddir. Bu faktorlar müntəzəm olaraq qan dövranında aktivləşir və qarşılıqlı əlaqədə olurlar, nəticədə qanaxma prosesi dayandırılır və yaralı bölgədə laxta formalaşır. Protein C, protein S və s. isə laxtalanmanın qarşısını alan inhibitorlardır. Beləliklə laxtalanma və əks laxtalanma reaksiyaları qanda davamlı balansı təmin edir və qan dövranı normada qalır.
Xəstələrin koaquloqramması individual olaraq hər bir orqanizmin laxtalanma faktorları haqqında bəlli bir təsəvvür yaradır. Koaquloqramma adlanan analizdə protrombin zamanı, protrombin indeksi, İNR kimi göstəricilər vacib əhəmiyyət daşıyır.
“Herba Flora” şirkətinin istehsal etdiyi Alma sirkəsi və Garlic10 kapsulunun tərkibində olan sarımsaq tozu laxtalanma və əks laxtalanma sisteminə müsbət təsir edən maddələrlə zəngindir. Bu bioloji aktiv qida əlavələri qanı durulaşdırmağa, beynin və ürəyin qan dövranını yaxşılaşdırmağa yardım edir.