Laringit nədir?
Laringit qırtlağın iltihabı və ya qıcıqlanması nəticəsində baş verir. Bu zaman insanın nəfəs alması çətinləşir, eyni zamanda danışarkən və ya udarkən boğuq səs, boğaz ağrısı yaranır. Boğazda iltihab, adətən keçici, qısamüddətli və qeyri-ciddi bir vəziyyət kimi qəbul edilir.
Halbuki səs telləri zədələnərsə, uzunmüddətli patalogiya baş verə bilər. Səsin dəyişməsi və iltihab iki-üç həftədən çox davam edərsə, həkiminiz ilə əlaqə saxlayın. Bu, sağlamlıq probleminizin daha ciddi olduğunu göstərir.
İnsan səs çıxartmaq istədiyi zaman ağciyərlərdən gələn hava uyğun vəziyyətdə olan səs telləri vasitəsilə bunu təmin edir. Nəticədə gündəlik həyatımızın ən vacib hissələrindən biri olan nitq qabiliyyətimiz formalaşır. Laringit zamanı isə səs tellərinin ödemi səsin dəyişməsinə və ağrılara səbəb olur.
Laringitin yaranmasındaki faktorlar
Laringitə yaranmasında bir çox faktorlar rol oynayır. Bunlardan bəziləri aşağıdakılardır:
- Viral və ya bakterial respirator infeksiya
- Qastroezofaqial reflüks
- Siqaret çəkmək
- Allergiyalar
Laringitə səbəb olan ən çox yayılmış xəstəliklər sinusit, soyuqdəymə və qrip kimi yuxarı tənəffüs yolları ilə əlaqəli problemlərdir. Onun simptomları udmaqda çətinlik, ağrı, xroniki, bəlğəmsiz öskürək və ya daimi boğazı təmizləmək ehtiyacı, boğazda yanğı, zəiflik, şiş hissi kimi əlamətlərdir.
Laringitin diaqnozu
Həkim tibbi anamnez toplamalı, fiziki müayinə keçirməli və nəticələrə əsasən laringit diaqnozu qoymalıdır. Bəzi xəstələrdə xroniki laringitin əsas səbəbini tapmaq və ya digər ehtimalları istisna etmək üçün bəzi analizlər tələb oluna bilər:
- Larinqoskopiya: Bu, nazik, optik endoskopdan istifadə edərək ağızdan qırtlaq və səs tellərinin müayinəsidir. Bunun köməyi ilə qırtlaqda olan polip və şiş kimi strukturlar da görünə bilər.
- Fiber optik larinqoskopiya: Bu, elastik boru vasitəsilə həyata keçirilən larinqoskopiya prosedurudur.
- Biopsiya: Həkim endoskopdan keçən forsepslərdən istifadə edərək biopsiya (kiçik toxuma nümunələri götürmək) həyata keçirir.
Laringitin müalicəsi
Patoloq toxumaların anormal olub-olmadığını müəyyən etmək üçün nümunəni araşdırır. Laringit hallarının çoxu bir və ya iki həftə ərzində öz-özünə yaxşılaşır. O, xroniki hala keçibsə, həkim simptomları müalicə etmək üçün dərman və həyat tərzi dəyişikliklərinin birləşməsini tövsiyə edə bilər.
Müalicə aşağıdakıları əhatə edir:
- Bakterial infeksiya üçün antibiotiklər
- Ödem və iltihabı aradan qaldırmaq üçün bəzi dərmanlar
- Qastroezofaqal reflüks xəstəliyi üçün mədə turşuluğunu tənzimləyən dərmanlar, postnazal damcılar və s.
Bundan əlavə, bəzi həyat tərzi dəyişiklikləri sağalma prosesini sürətləndirə bilər:
- Siqareti tərgitmək və siqaret tüstüsündən çəkinmək
- Spirt və kofein, ədviyyatlı qidalar və ya digər reflüks yaradan amillərdən qaçınmaq.
Laringitlə xəstələnən pasientlərin vəziyyətini yüngülləşdirmək üçün çoxlu su içmək və otaqların havasını nəmləndirmək vacibdir. Dərman müalicələri ilə yanaşı Herba Flora şirkətinin bitki yığıntılarından hazırlanmış çayları (Teasept, Teaqrip, Teabronx) laringitin sağalmasını sürətləndirir.
Bu çayların tərkibinə daxil olan bitkilər antiseptik, iltihabəleyhinə təsir göstərir, yuxarı tənəffüs yollarının selikli qişasında mikrosirkulyasiya və regenerasiyanı yaxşılaşdıraraq iltihab əlamətlərini aradan qaldırır.
Laringitin müalicəsində həm qarqara, həm də inhalyasiya yaxşı təsir göstərir. Herba Flora şirkətinin çayları və bu çayların tərkibindəki bitkilərin hər birindən tək halda da istifadə etmək olar.