Günvurma dərəcələri və günvurma zamanı ilk yardım

Mündəricat

Günvurma nədir?

İsti hava şəraiti istənilən yaş kateqoriyasında olan insanların vəziyyətinə mənfi təsir göstərir. Xroniki ürək-damar xəstələri, qan təzyiqi yüksək olan xəstələr, yaşlı insanlar və uşaqlar xüsusilə əziyyət çəkirlər. İsti yay günlərində adətən insanlar tibbi yardım üçün həkimə daha çox müraciət edirlər. Bu zaman insanlarda arterial təzyiq yüksəlir, beyin qan dövranı kəskin pozulur, hətta miokard infarktı belə baş verə bilir. Günvurma – başın açıq hissəsinin uzun müddət günəş şüasının təsiri altında qalması səbəbindən baş beyinin fəaliyyətinin pozulması ilə əlaqədar yaranmış vəziyyətdir. Günvurma zamanı orqanizm ətrafa xaric etdiyindən daha çox istilik qəbul edir.

Bu zaman tək tər ifrazı deyil, həm də qan dövranı pozulur. Nəticədə qan damarları genişlənir, beyində qan durğunluğu yaranır. Günvurma baş ağrısı, əzginlik, ürəkbulanma, qusma ilə müşayiət olunur. Bir çox hallarda isə daha ciddi fəsadların baş verməsinə gətirib çıxarır. Günvurma ürək dayanması və ağır komatoz vəziyyətlə də nəticələnə bilər. Vaxtında tibbi yardım göstərilmədiyi halda ağır formalı günvurma 20-30 % ölümlə nəticələnir. Günvurmaya səbəb olan faktorlar arasında düz düşən günəş şüalarının başın açıq hissəsinə təsiri, artıq çəki, piylənmə, stress, əsəbi gərginlik, hava buraxmayan sıx geyimlər, xroniki ürək-damar və endokrin xəstəlikləridir.

Günvurma dərəcələri

Günvurma yüngül, orta və ağır dərəcəli olur. Yüngül dərəcəli günvurmanın əlamətlərinə baş ağrısı, ürəkbulanma, ümumi zəiflik, tənəffüs və nəbzin tezləşməsi, bəbəyin genəlməsi aiddir. Orta dərəcəli günvurma zamanı kəskin baş ağrısı, ürəkbulanma və qusma ilə yanaşı, qəfləti adinamiya, eşitmənin zəifləməsi, səndələmə, arabir ürəkgetmə, tənəffüs və nəbzin tezləşməsi, burun qanaxması, bədən temperaturunun 38-40 C0 yə qədər yüksəlməsi kimi  əlamətlər müşahidə olunur.

Ağır dərəcəli günvurma qəflətən inkişaf edir. Üz dərisi hiperemiyalaşır, sonra açıq sianotik rəng alır. Bəzən halüsinasiya, sayıqlama, tonik və klonik qıcolmalar, qeyri-iradi sidik və nəcis ifrazı, bədən temperaturunun 41-42 C0-yədək yüksəlməsi, hətta qəfləti ölüm də baş verə bilir. Ultrabənövşəyi şüaların dəriyə uzunmüddətli təsiri nəticəsində çox vaxt dərinin qızarması, şişməsi, suluqlar, günəş yanıqları əmələ gəlir. Bu yanıqlar bədəndə üç-beş gün ərzində qalır. Sonrakı 1-2 gündə dəri qabıqlayır, daha sonra isə regenerasiya başlayır.

Günvurma zamanı ilk yardım

Günvurma zamanı ilk yardım tədbir:

  • Zərərçəkmişi sərin və kölgəli, bol oksigenli, normal rütubətli yerə keçirmək, uzatmaq, baş və ayaqları qaldırmaq, boyun və baldırın arxasına yastıq və ya yumşaq əşya qoymaq lazımdır.
  • Zərərçəkmişin üst geyimini çıxarmaq, ona çoxlu miqdarda sərin su içirtmək (mineral, duzlu, yaxud az şəkərli olsa daha yaxşı olar) məsləhətdir.
  • Alnına və boynuna soyuq parça qoymaq, üzünü soyuq su ilə islatmaq lazımdır.
  • Zərərçəkmişi yaş mələfəyə bükmək, baş, ənsə nahiyyəsinə soyuq kompres, yaxud soyuq su ilə dolu şüşə qoymaq bəzi hallarda daha məqsədəuyğundur.

 

Biz Herba Flora şirkəti olaraq sizlər üçün günəşdən qoruyucu zeytun və badam yağlı Sunex kremlərini təqdim edirik. Hər gün dərinizə uyğun olan Sunex kremini çəkin, günəşin zərərli təsirlərindən qorunun!

https://fizulihuseynov.com

Yazı ilə əlaqəli məhsullarımız