Əlaqə məlumatlarınızı doldurun

Məlumatlarınız sizinlə əlaqə saxlanıla bilməsi üçün istifadə olunacaq

Yanlış email formatı!
Yanlış telefon formatı!
Profile Icon

Herba Flora – BOT

Online

Burun tutulması zamanı nə etməli?

Mündəricat

Burun tutulmasının səbəbləri

Burun tutulması çox narahatedici bir hal olub müxtəlif səbəblərdən yaranır:

  • Burnu iki hissəyə ayıran “septum” adlanan çəpərin sağa və ya sola əyilməsi
  • Burun tavanının anadangəlmə darlığı
  • Allergik rinit
  • Sinusit
  • Polip
  • Hormonal pozğunluqlar  və s.

 

Bu zaman burnun selikli qişasında yaranan şişkinlik, ödem, selik ifrazının artması burun tutulmasına səbəb olur. Allergik xəstəliklər zamanı burunda selik axmadan da tutulma baş verə bilir. Bu selikli qişanın şişkinləşməsi nəticəsində olur. Hormonal pozğunluqlar da burun “ətlərinin” şişməsinə və tutulmasına səbəb olur. Hamiləlik zamanı bu hal tez-tez baş verir.

Burun tutulması uzun müddət davam etdikdə göstərilən  halların əmələ gəlməsinə səbəb olur:

  • Daim ağızdan nəfəs alındığı üçün boğaz infeksiyaları
  • Yuxu rejiminin pozulması
  • Xoruldama
  • Səhər yuxudan yorğun oyanma
  • Xroniki yorğunluq sindromu
  • Ağız quruluğu
  • Səsin dəyişməsi
  • Baş ağrısı
  • Uşaqlarda gecə yerini islatma halları
  • İştahasızlıq

 

Burun tutulması astma və miqren xəstəliklərinin kəskinləşməsinə səbəb olur. Ona görə də bu problemə ciddi yanaşılmalı və tez müalicə edilməlidir. Çəpər əyriliyi və digər daralmalar varsa, cərrahi əməliyyat olunmalı, digər hallarda isə dərman yaxud alternativ üsullarla müalicəsi aparılmalıdır.

Xalq Təbabəti

Burun tutulmasında təbii vasitələr də yaxşı nəticə verir: Duz və ya çay sodası qatılmış su ilə burnun yuyulması, zeytun yağı damızdırmaq, bitki dəmləməsinin buxarı ilə nəfəs almaq (adaçayı, çobanyastığı, kəklikotu, nanə), nanə-limon çayı içmək, soğan və sarımsaq iyləmək. Teasept çayının dəmləməsini pipet və ya şprislə buruna tökmək, onunla qarqara etmək, Fitooil Qara zirə yağı ilə Fitooil Zeytun yağını yarıbayarı nisbətdə qarışdırıb buruna damızdırmaq da effektiv üsullardandır.

İlhamə MƏMMƏDOVA
H
əkim-pediatr 

Yazı ilə əlaqəli məhsullarımız