HerbaBot sizə kömək üçün burdadır!

HerbaBot-dan istifadə üçün qeydiyyatdan keçin!

Profile Icon

Herba Flora – BOT

Online

Ayaqlarda göbələk nədən yaranır?

Mündəricat

Ayaqlarda göbələk nədən yaranır?

Ayaq göbələyi adətən ayaq barmaqları arasında, daban və pəncədə patogen göbələklər tərəfindən törədilən və mikoz adlanan xəstəlikdir. Adətən onixomikoz adlanan dırnaq göbələyi ilə birgə müşahidə olunur. İnsanlar arasında çox geniş yayılmış və yoluxma riski yüksək olan bu xəstəliyə statistik olaraq hər beş adamdan birində rastlanır. Ayaq göbələyi isti və rütubətli ictimai yerlərdə, misal olaraq hovuzlarda, hamamlarda, spa-salonlarında, otellərdə gigiyena qaydalarına riayət etmədikdə, ayaqyalın gəzdikdə daha çox yayılır.

Mikoz süni materiallardan hazırlanmış dar ayaqqabılarda, ayaqları təmiz yuyub qurutmadıqda, tərləməsi yüksək olan insanlarda yaranır. Ayaqlarda varikoz səbəbindən qan dövranının pozulması, kortəbii şəkildə daimi antibiotik qəbulu, vitamin və mineral çatışmazlığı, immunitet zəifliyi, diabet, hepatit, QİÇS xəstəliyi mikozun meydana gəlməsinə səbəb olan vəziyyətlərdir.

Ayaq göbəliyinin əlamətləri

Ayaq göbələyini digər xəstəliklərdən asanlıqla fərqləndirmək mümkündür. Ayaq dərisində, barmaqların arasında yanma, güclü qaşınma, dərinin qızarması, xırda qovuqcuqlar, qabıqlanma, dabanda dərin çatlar göbələyə məxsus əlamətlərdən hesab olunur. Ayaqda inkişaf edən bu əlamətlər yeriməni çətinləşdirir, həyat keyfiyyətini aşağı salır. Xəstəliyin başlanğıc mərhələsində bu əlamətlər 10% özünü büruzə verirsə, orta mərhələdə 10%-30% zədələnmə baş verir, xəstə diskomfortdan şikayətlənməyə başlayır.

Xəstəliyin gecikmiş formasında insanın normal yerişi demək olar ki tam məhdudlaşır, hətta bakterial infeksiyalaşma baş verir. Bu təhlükəli hal infeksiyanın qan dövranına yayılmasına gətirib çıxara bilir. Dırnaqların zədələnməsi nəticəsində onların rəng, forma və qalınlığı dəyişir. Dırnaq lövhəsi sarı-qəhvəyi rəng alır, qalınlaşır, səthi kələ-kötürləşir, ucları isə ovulur. Dırnaq lövhəsi dırnaq yatağı sərhədlərindən kənara çıxır. Mikoz zamanı ayaqlarda xoşəgəlməz qoxu yaranır, zədələnmiş dırnağın ətraf dərisi qızarmış və iltihablaşmış olur.

Mikozun növləri

Mikozun silinmiş, intertriginoz, skvamoz-hiperkeratoz, kəskin, dishidrotik kimi 5 forması vardır. Ayaq göbələyinin silinmiş formasında üçüncü, dördüncü və beşinci barmaqlar arasında qabıqlanma baş verir. İntertriginoz adlanan formada barmaqlar qızarır, şişkinləşir, onlarda çox vaxt çatlar müşahidə olunur. Skvamoz-hiperkeratotik forma qırmızı trixofiton tərəfindən törədilir. Daban dərisi qalınlaşır, səthində qalınlaşma müşahidə olunur. Ayaq göbələyinin kəskin formasında xəstə güclü diskomfort hiss edir. Dəridə yaralı eroziyalar müşahidə olunur, qasıq limfa düyünləri iltihablaşır, bədənin temperaturu artır. Dishidrotik forma ən ağırı hesab olunur. Onu epidermofiton adlı göbələk törədir. Bu formanı dabanın yan səthlərinin zədələnməsi ilə asan ayırd etmək olur. Səthində böyük qovuqcuqlar yaranır, onlar çox vaxt bir-biri ilə birləşir. Qovuqlar deşiləndə dəridə eroziyalar yaranır, zaman keçdikcə onların səthi qəhvəyi rəngli qabıqla örtülür.

  • Göbələyin başlanğıc formasında yerli olaraq göbələk əleyhinə xüsusi sprey, məlhəm və kremlər istifadə olunur. Eyni zamanda ümumi möhkəmləndirici müalicə də tətbiq olunur. “Herba Flora” şirkətinin istehsalı olan Bioderil kremi ayaqlarda olan qızartı və qabıqlanmanı azaldır, qaşınmanı aradan qaldırır, pis qoxu ilə mübarizə aparmağa yardım edir.

https://fizulihuseynov.com/

Yazı ilə əlaqəli məhsullarımız

Heç bir nəticə tapılmadı.