Anemiya

Mündəricat

Hemoqlobin qana rəng verən və oksigenin hüceyrələrə daşınmasını təmin edən bir zülaldır. O, qanda eritrositlərin (qırmızı qan hüceyrələri) tərkibində daşınır. Qandakı hemoglobin zülalı normal səviyyədən aşağı düşərsə və ya qırmızı qan hüceyrələrinin sayı azalarsa, buna anemiya deyilir. Anemiyanın bir çox növü var.

  • Sonradan baş verə bilər
  • Anadangəlmə ola bilər.

Anemiyanı müalicə etməmək bədəndə bəzi problemlərə səbəb ola bilir. Bədənə daxil olan kifayət qədər oksigen olmadığı üçün bütün orqanlar zədələnməyə başlayır. Anemiyanın səbəbləri arasında genetik faktorlar və ya qida çatışmazlığı da vardır. Onu müalicə etməzdən əvvəl çox yaxşı araşdırılmalı və həkim ehtiyac duyarsa, mədə-bağırsaq endoskopiyası kimi müayinələr aparılmalıdır.

  • Oraqvari hüceyrə anemiyası. Həm anadan, həm də atadan keçən irsi qan xəstəliyidir.
  • Aplastik anemiya. Sümük iliyi çatışmazlığı səbəbindən inkişaf edən xəstəliklərdən biridir.

  • Hemolitik anemiya. Periferik qanda qırmızı qan hüceyrələrinin ömrü vaxtından əvvəl qısaldıqda (parçalandıqda) ortaya çıxan bir anemiya növüdür.

  • Pernisioz anemiya. Pernisioz anemiya birbaşa B12 vitamini ilə əlaqəlidir.

  • Meqaloblastik anemiya. Vitamin B-12 və fol turşusu çatışmazlığı anemiyası və ya makrositik anemiya olaraq da bilinir.

Anemiyanın əlamətləri:

Zəiflik üzün, gözlərin və ya dırnaq yataqlarının solğunluğu, başgicəllənmə, unutqanlıq, saç tökülməsi, qulaqda səs, tez yorulma. Ətraflarda soyuma, ürək döyüntüsünün artması və nəfəs darlığı, dodaqlarda çatlar, gözlərə qaranlığın çökməsi, başgicəllənmə, narahat ayaqlar sindromu.


Müalicəsi anemiyanın növünə, gedişatına və şiddətinə görə dəyişir. Müalicənin əsas məqsədi anemiyaya səbəb olan vəziyyəti aradan qaldırmaqdır. Dəmir defisiti və fol turşusunun çatışmazlığının yaratdığı anemiya zamanı həkim tərəfindən tövsiyə olunan yaşıl əsaslı tərəvəz və meyvələr istehlak edilir. Məsələn, qara qarağat, böyürtkən və çuğundur kimi bitkilərin tərkibi dəmir və vitamin C ilə çox zəngindir.

Nəzərə alsaq ki, dəmirin sorulmasında vitamin C-nin rolu böyükdür, onda bu bikilərin ekstraktlarının qanyaranmada əhəmiyyəti əvəzedilməzdir. Həm fol turşusu, həm də dəmirlə zəngin olan Şəfa vitamini qida əlavəsi kimi anemiyanın müalicəsində yaxşı təsir edir. Əlavə olaraq, kənardan bəzi möhkəmləndirmələr ilə anemiyanı müalicə etmək mümkündür. Xəstəlik inkişaf edib təhlükəli nöqtəyə çatıbsa, qan və ilik kök hüceyrə nəqli edilə bilər. Və ya anemiyaya səbəb həyati təhlükəsi olan ciddi qanaxmadırsa, həkiminiz tərəfindən cərrahi əməliyyat tövsiyə oluna bilər.

https://fizulihuseynov.com/

Yazı ilə əlaqəli məhsullarımız

Heç bir nəticə tapılmadı.