Ürünler

Bronxonat Şərbət

Tərkibi:
Dərman gülxətmisi (Althaea officinalis) kökünün duru ekstraktı – 11,5 ml; İri bağayarpağı (Plantago major) yarpağının duru ekstraktı – 11,5 ml; Adi cirə (Anisum vulgare) meyvəsinin distillatı – 9,2 ml; Ürəkvari cökə (Tilia cordata) çiçəyinin duru ekstraktı – 6,9 ml; Meşə əməköməcisi (Malva sylvestris) otunun duru ekstraktı – 6,9 ml.

Köməkçi maddələr: distillə suyu, saxaroza, limon turşusu (E330), pektin (E440), natrium benzoat (E211), qliserin (E422).

İstifadəsinə göstəriş:
Tənəffüs sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsi­yə olunan BFMQƏ.

İstifadə qaydası:
4-7 yaş uşaqlar üçün 10 ml (2 çay qaşığı) gündə 3 dəfə;
7-12 yaş uşaqlar üçün 15 ml (1 xörək qaşığı) gündə 3 dəfə;
12 yaşdan yuxarı uşaqlar və böyüklər üçün 30 ml (2 xörək qaşığı) gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul olunur.
Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.

Əks-göstərişlər: Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq.

Saxlanılması: 25°C-dən yuxarı olmayan temperaturda və uşaqlar üçün əlçatmaz yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.

Yararlılıq müddəti: 3 il.
Buraxılış forması: 100 ml tünd rəngli şüşə flakon, içlik vərəqəsi ilə birlikdə karton qablaşdırmada.

Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul qidanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.

Herba Flora ürünlerini nasıl edinebilirim?

Herba Flora ürünlerini ülke çapındaki tüm eczanelerden ve FitoClub mağaza zincirinden satın alabilirsiniz.

Herba Flora ürünlerinin fiyatını ülke çapındaki tüm eczanelerden öğrenebilirsiniz.

Herba Flora ürünleriyle ilgili soruları sosyal medya hesaplarımız ( Instagram, Facebook, YouTube, TikTok, X) aracılığıyla bize iletebilirsiniz. Sorular hafta içi ve mesai saatlerinde (08:00 – 16:30) sırayla yanıtlanmaktadır.

Teslimat hizmetiyle ilgili olarak FitoClub mağaza zinciri ve çevrimiçi eczanelerle iletişime geçebilirsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center, Koroğlu metro istasyonuna yakın konumdadır. Hastaların konforlu ulaşımı için metrodan tıp merkezine gidiş-dönüş ulaşım hizmeti verilmektedir.

Detaylı Bilgi

Havaların soyuması ilə əlaqədar əhali arasında tənəffüs yollarının iltihabı xəstəlikləri tədricən artmağa başlayır. Bronxların, ağciyərlərin iltihabi xəstəlikləri adətən öskürəklə müşayiət olunur. İlkin mərhələdə quru və əzabverici öskürək tədricən yaş öskürəklə əvəz olunur. Bronxların selikli qişasının iltihabi xəstəliyi olan bronxit, pnevmoniya (ağciyərlərin sətəcəmi) kimi xəstəliklərin kompleks müalicəsində xalq təbabəti özünəməxsus yer tutur. Herba Flora şirkəti sizlər üçün keçmişdən gələn ənənələrə sadiq qalaraq tərkibi dəvədabanı, bağayarpağı, şirin biyan kökü kimi bəlğəmgətirici bitkilərlə zəngin Bronxonat şərbəti istehsal edir. Bronxonat şərbəti traxeit, kəskin və xroniki bronxit, pnevmoniya, KRX-in kompleks müalicəsində yanaşı olaraq çox gözəl effektə malikdir.

Dəvədabanı, bağayarpağı, şirin biyan kökü aşağı tənəffüs yollarının iltihabi xəstəlikləri zamanı tənəffüs yollarındakı qəti bəlğəmi durulaşdırır, bronx və traxeyanın kirpikli epitelinin hərəki aktivliyini artırdığına görə bəlğəmin xaric olunmasını asanlaşdırır. Şirin biyan kökü bronxial astma, göyöskürək kimi tənəffüs sistemi xəstəlikləri zamanı uzunsov beyindəki tənəffüs mərkəzinin, beyin yarımkürələri qabığındakı öskürək mərkəzinin qıcıqlanmasının qarşısını alır, öskürək və təngnəfəslik əleyhinə təsir edir. Həm də orqanizmdə interferon sintezini artıraraq immun müqaviməti də yüksəldir. Bronxonat şərbətinin tərkibində allergiya əleyhinə güclü təsir göstərən Bənövşə otu da vardır. Bənövşə otu allergik fonda baş verən bronx spazmını da aradan qaldırır, ikiqat effekt verir.

Bronxonat şərbəti qəbul edin, əzabverici öskürəyə son deyin!

http://fizulihuseynov.com

İlgili blog yazıları:

İlgili yazı mevcut değil.

Benzer Ürünler