Soyuqdəymə

Soyuqdəymə

Adi soyuqdəymə tibbi termin deyil, lakin o qədər tez-tez istifadə olunur ki, daha diqqətlə nəzərdən keçirilməsi vacibdir. Adətən soyuqdəymə haqqında danışarkən, xəstə xəstəliyini hipotermiya (bədənin soyuması) ilə əlaqələndirir, xüsusən də bu hal soyuq mövsümdə baş verir. Bununla belə, soyuqdəymə yalnız bir situmuləedicidir, immunitet sisteminin zəifləməsi və xəstəliyin inkişafının səbəbidir.

Fiziki stress fonunda virus və bakteriyaların insan orqanizminə nüfuz etməsi müşahidə olunur. Yəni soyuqdəymə həm viruslar, həm də bakteriyalardan qaynaqlana bilər. Bu mikroorqanizmlərin birgə təsiri viral infeksiya səbəbi ilə müqavimətin zəifləməsi fonunda bakterial floranın aktiv çoxalması başlayanda da mümkündür. Soyuqdəymələrin əsasında həmişə immun statusun azalması, daha doğrusu patogenlərin toplandığı yerdə immun müdafiə hüceyrələrinin olmaması durur.

Bu, soyuqdəymə və qan dövranı pozğunluqlarının təsiri altında vazospazm ilə bağlıdır. Bu zaman mikroorqanizmlərin tutulması və məhv edilməsi vəzifəsini daşıyan qan hüceyrələri xəstəliktörədən mikroorqanizmlərin həmişə mövcud olduğu və ilk növbədə virusların nüfuz etdiyi selikli qişaya daxil ola bilmir. Nəticədə, onların aktiv çoxalması başlayır, insanda xəstəlik yaranır. Tez-tez hansısa viral xəstəlik səbəbi ilə selikli qişaların baryer funksiyasının pozulması orada yaşayan kiçik miqdarda patogen bakteriyaların çoxalmasına səbəb olduqda birləşmiş infeksiya yaranır. Bundan əlavə, bədənin stress kimi qəbul etdiyi hipotermiya herpes virusunun aktivləşməsinə səbəb olur. Bu virus demək olar ki, bütün böyüklərdə olur, lakin yaxşı immun müqavimət varsa, sinir hüceyrələrində “donur” və özünü göstərmir. Müxtəlif stress faktorlarının (o cümlədən, soyuqdəymə) təsiri altında immun sistem zəiflədikdə virus aktivləşir və sinir yolları ilə dərinin səthinə doğru hərəkət edərək dodaqlarda, burunda və s. inkişaf edir.

Soyuqdəymə formaları

Soyuqdəymənin təxminən 2 formasını ayırd etmək olar:
1. Viral (kəskin rinosinusit – burun mukozasının və onun paranazal sinuslarının iltihabı, herpes infeksiyası).
2. Bakterial (kəskin bakterial rinosinusit, kəskin rinofaringit – burun selikli qişasının və badamcıqların iltihabı, tonzillit də adlanır). Kəskin viral respirator xəstəliklərə qrip və ya paraqrip virusları, həmçinin adeno-, rino- və koronaviruslar səbəb ola bilər.

Viral infeksiyaların inkişafı yalnız hipotermiya ilə deyil, həm də yaxın qruplarda (məktəblər, uşaq bağçaları, ictimai nəqliyyat) qalmaqla asanlaşır. Kəskin respirator bakterial infeksiyalar tez-tez selikli qişaları kolonizasiya edən, lakin immunitetin qorunması səbəbindən çox sayda inkişaf edə biməyən patogen pnevmotrop mikroorqanizmlər tərəfindən törədilir. Bunların arasında streptokoklar, stafilokoklar, xlamidiya və mikoplazmalar üstünlük təşkil edir. Onların daşınması (sağlam orqanizmdə normal olması) 5%-dən (mikoplazma) 90%-ə (stafilokokk) qədər dəyişir. Kəskin respirator bakterial infeksiyalar, bir qayda olaraq, daha az aydın intoksikasiya əlamətləri ilə müşayiət olunur və temperatur adətən 38°C-dək olur. Viral infeksiyaya bakterial infeksiya əlavə olduqda kataral əlamətlərin üstünlük təşkil etdiyi kəskin forma uzun müddət davam edə bilən, ağırlaşmaların inkişafına səbəb olan xroniki ilə əvəz olunur.


Korona və ya adenoviruslar, eləcə də qrip və paraqrip viruslarının yaratdığı kəskin viral respirator xəstəliklər həmişə ani və qəfil başlayır. Soyuqdəymə əlamətləri ümumi vəziyyətin pisləşməsi (qızdırma, intoksikasiya əlamətləri, başda ağırlıq, oynaqların ağrıması, əzələ ağrısı) ilə özünü göstərir. Burun tutulması, boğaz ağrısı, boğazın qızarması halları da olur. Viral infeksiyalarda öskürək 20% hallarda baş verir və kəskin, lakin xoşxassəli olur. 10-14 gün ərzində qurtarır, lakin bəzən daha uzun davam edə bilir – 2-3 həftəyə qədər. Bu halda post-infeksion öskürək adlanır. Quru, bəlğəmsiz öskürək ya yuxarı tənəffüs yollarının selikli qişasında iltihablı dəyişikliklər, ya da burun-udlaqdan axan sekresiya səbəbindən onun qıcıqlanması ilə bağlı yaranır. Bakterial infeksiyaların səbəb olduğu soyuqdəymələr daha yavaş inkişaf edir. Yüksək hərarət və əhəmiyyətli intoksikasiya ilə müşayiət olunmaya bilir.

https://fizulihuseynov.com/

https://herba-flora.com