Продукты

Uros10 Kapsul

Uros10 kapsul
Sidik-cinsiyyət sisteminin funksiyasını tənzimləmək üçün köməkçi vasitə

Bir kapsulun tərkibi:
Adi ayıqulağı (Arctostaphylos uva-ursi) yarpağının quru ekstraktı — 20 mq; Çöl qatır­quyruğu (Equisetum arvense) otunun quru ekstraktı — 45 mq; Sallaq tozağacı (Betula pendula) yarpağının quru ekstraktı — 60 mq; Adi mərcangilə (Vaccinium vitis idaea) yarpağının tozu — 30 mq; İstiotlu nanə (Mentha piperita) yarpağının tozu — 50 mq.
Köməkçi maddələr: Qarğıdalı nişastası (Amylum maidis) — 195 mq, kapsul örtüyü (jelatin/gelatin, qliserin/glycerine, su/water).

Məhsulun xüsusiyyətləri:
Sidik yollarındakı virus, bakteriya və göbələkləri məhv edir, iltihab əlamətlərini aradan qaldırır, sidiklə birgə zərərli maddələrin, kiçik ölçülü daşların və kristalların qovulmasına yardım edir. İltihab və spazm nəticəsində əmələ gələn böyrək sancılarını azaldır. Sidiyin kristal-kolloid balansını tənzimləyir, sidiyin tərkibində daş əmələ gəlməsinə səbəb olan maddələrin (əsasən turşəng turşusu, kalsium, purin birləşmələri) konsentrasiyasını azaldır, bununla da böyrək daşlarının yaranma prosesini ləngidir. Mineral komponentlərin aqreqatlar şəklində çökməsinin və daşların böyüməsinin qarşısını alır.

İstifadəsinə göstəriş (aşağıdakı hallarda profilaktik və yardımçı vasitə kimi istifadə olunur):
— Sidik-ifrazat sisteminin iltihabi xəstəliklərinin müalicəsi (kəskin və xroniki sistit,
kəskin və xroniki pielonefrit, xroniki uretrit, kəskin və xroniki prostatit)
— Müxtəlif mənşəli nefropatiyalar (o cümlədən diabetik nefropatiya)
— Sidikdaşı xəstəliyinin müalicə və profilaktikası (oksalat kristalları və daşları, urat kristalları və daşları, fosfat kristalları və daşları, karbonat kristalları və daşları)
— Böyrək daşlarının cərrahi yolla xaric edilməsindən sonra
— Litotripsiyadan sonra
— Sidik yollarının kateterizasiyasından sonra
— Podaqranın kompleks müalicəsi

İstifadə qaydası:
18 yaşdan yuxarı: gündə 2 dəfə hər dəfə 1-2 kapsul yeməkdən sonra daxilə qəbul edilir. Qəbul müddəti 2 həftədir.

Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər.

Əks göstəriş: Preparatın tərkib hissələrinə qarşı fərdi həssaslıq, kəskin böyrək çatışmazlığı.

Saxlanma şəraiti: Rütubətdən qorunmaqla, 25 °C-dən yuxarı olmayan tempera­turda və uşaqlar üçün əlçatmaz yerdə saxlayın.

Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul normal qidalanmanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

Yararlılıq müddəti: 2 il.
Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.
Buraxılış forması: 400 mq-lıq 60 kapsul, içlik vərəqə ilə birlikdə karton qablaşdırmada.

 

Как я могу получить продукцию Herba Flora?

Купить продукцию Herba Flora вы можете во всех аптеках и сети магазинов Фитоклуб по всей стране.

Цены на продукцию Herba Flora вы можете узнать, обратившись во все аптеки страны.

Вопросы о продуктах Herba Flora можно задать нам через наши официальные аккаунты в социальных сетях (Instagram, Facebook, YouTube, TikTok, X). Ответы на вопросы принимаются поочередно в будние дни и в рабочее время (08:00 – 16:30).

По вопросам доставки вы можете обратиться в сеть магазинов и интернет-аптеки «Фитоклуб».

Пожалуйста, свяжитесь с Медицинским центром Herba, чтобы записаться на прием к Физули Гусейнову.

Контактные телефоны:
(012) 409 62 35
(055) 304 26 79

Адрес: Сабунчинский район, квартал Башира Буньядова 2578.

Медицинский центр Herba расположен недалеко от м/ст Короглу. Для комфортного приезда и выезда пациентов организовано транспортное сообщение от метро до медицинского центра и обратно.

Категория

Подробнее

Похожие Продукты