fbpx
Close

Qazlı içkilərin zərərləri

Qazlı  içkilərin zərərləri

Həyatımızın bir parçası halına gələn qazlı içkilər tərkibində olan asılılıq yaradan maddələr sayəsində sağlamlığa böyük zərər verir. Uşaqlar üçün qazlı içkilər xüsusilə təhlükəlidir. Bu içkilər onların inkişafına mənfi təsir edir və sonrakı yaşlarda xəstəliklərə səbəb olur.
Bu gün qazlı içkilərin istehlakı xeyli artmışdır və demək olar ki, su əvəzinə qəbul edilir. İnsan bədəninin suya ehtiyacı olduğunu ifadə edən mütəxəssislər maye ehtiyacını ödəmək üçün qazlı və ya kofeinli içkilər deyil, suyun qəbul edilməli olduğunu söyləyirlər.
Qazlı içkilərin tərkibində həddindən artıq şəkər oduğu üçün sağlamlığa zərərlidir, heç bir şəkildə qidalandırıcı və faydalı deyil. Üstəlik ürək xəstəlikləri, diş kariesi, piylənmə və osteoporoz kimi əhəmiyyətli xəstəliklərə səbəb olur.


Market rəflərində səliqə ilə düzülmüş qazlı içkilər tərkibindəki maddələrə görə asılılıq yaradır. Bu içkilər fosfor turşusu səbəbi ilə bədənin kalsiumdan istifadəsinə icazə verməməklə bir sıra xəstəliklərə səbəb olur. Bunlara osteoporoz və diş xəstəlikləri daxildir. Qazlı içkilər sümüklərin möhkəmlənməsinə mane olur, deformasiyalar yaradır. Yüksək şəkər tərkibli qazlı içkilər də insulin səviyyəsinin yüksəlməsi, ürək xəstəlikləri, şəkərli diabet, erkən yaşlanma, yüksək xolesterol və yüksək təzyiq kimi xəstəliklərə səbəb olur. Qazlı pəhriz içkilərində dadlandırıcı olaraq tapılan aspartam adlı maddə eyni zamanda emosional pozğunluqlar, doğuş qüsurları və epilepsiya kimi xəstəliklərə də səbəb olur. Qazlı içkilərdəki başqa bir tərkib hissəsi olan kofein yuxusuzluq, əsəbilik və nizamsız ürək döyüntüsü yaradır.

Qazlı içkilərin zərərləri nələrdir?

 

1. Bronxial astma. Bu içkilərdəki natrium-benzoat maddəsi hazır qida sənayesində qoruyucu, antimikrob agent kimi istifadə olunan kimyəvi bir duzdur və məhsulun ömrünü uzadır. Bu maddə kaliumun mövcudluğunu azaldır. Araşdırmalara görə, bədənin natrium-benzoata reaksiyaları ekzema, astma və səpgiyə səbəb ola bilər.
2. Diş xəstəlikləri. Qazlı içkilərdəki turşu və şəkər diş minasına zərər verir. Yaranan karies sinirlərə, dişin kökünə çatdıqda pulpa toxumasının ölümünə səbəb ola bilər. Bu vəziyyət dərhal müalicə edilməzsə, diş və diş əti absesinə səbəb olur.
3. Ürək xəstəlikləri. Qazlı içkilər çoxlu sağlamlıq problemlərinə və son zamanlarda ciddi araşdırmalara səbəb olan yüksək dozada fruktoza ilə zəngindir. Bu maddə, eyni zamanda ürək xəstəliyi və şəkərli diabetə səbəb olan metabolik xəstəliklər riskini də artırır.
4. Böyrək xəstəlikləri. Qazlı içkilər uzun müddətdə böyrək daşlarına və digər böyrək xəstəliklərinə səbəb ola biləcək yüksək miqdarda fosfor turşusu ehtiva edir.

5. Reproduktiv xəstəliklər. Qazlı içkilərin qutuları çox miqdarda BPA ilə zəngin bir növ qatranla örtülmüşdür. Bu maddə, eyni zamanda plastik və qidalanma şüşələrində çox olan və endokrin vəzlərə zərər verən, xərçəngə səbəb olan kimyəvi maddədir. O, erkən yetkinliyə və reproduktiv sistem xəstəliklərinə səbəb olur.

6. Həddindən artıq şəkər yüklənməsi. Qandakı şəkərin miqdarı qazlı içki içdikdən 20 dəqiqə sonra yüksəlir və nəticədə insulin səviyyəsi qalxır. Artan hormon səviyyəsi ilə qaraciyər bədəndəki şəkəri tez bir zamanda yağa çevirir. 40 dəqiqədən sonra kofeinin həzmi tamamlanır, qan təzyiqi yüksəlir və buna görə qaraciyər qan dövranına daha çox şəkər verir. Beyindəki adenozin reseptorları tıxanır və bədəndəki yuxululuq vəziyyəti yox olur. Qazlı içki içdikdən 45 dəqiqə sonra orqanizm dopamin istehsalını artırır. Bu kimyəvi maddənin artması beyində zövq hissi yaradan sinir şəbəkəsini stimullaşdırır.

Qazlı içkilərin səbə olduğu xəstəliklər

Osteoporoz. Qazlı içkilərin tərkibi fosfor turşusu və yüksək miqdarda fosfatla zəngindir. Bu maddələr uzun müddətdə osteoporoz riskini artırır və sümük qırıqlarına səbəb olur. Fosfor sidiklə xaric edildikdə, sümükləri bərpa edən və bədənin qalan hissəsi üçün vacib olan kalsiumu götürür.
Piylənmə. Qazlı içkilərin qəbulu ilə bədən çəkisi arasındakı əlaqənin çox yüksək olduğu bilinir. Araşdırmalara görə, istehlak edilən hər qazlı içki piylənmə riskini 1,6 dəfə artırır. Ürək-damar xəstəliklərinin 70%-i piylənmədən qaynaqlanır. Döş və bağırsaq xərçəngi diaqnozu qoyulan xəstələrin 42%-i piylənmədən əziyyət çəkir. Öd kisəsi əməliyyatlarının 30%-i piylənmə səbəbindən edilir.

Şəkərli diabet. Daha çox qazlı içkilər istehlak edən insanlarda 2-ci tip diabet inkişaf riski 80% daha yüksəkdir.
Mütəxəssislər qazlı və turş içkilərin insan sağlamlığına mənfi təsir etdiyini, xüsusən uşaqlarda ciddi problemlərə səbəb olduğunu bildirir və uşaqların bu cür içkilərdən uzaq durmaları barədə xəbərdarlıq edirlər. 7-dən 70-ə qədər insanların çoxunun qəbul etdiyi turş və qazlı içkilər sağlamlığa mənfi təsir göstərdiyi üçün mütəxəssislər tərəfindən tövsiyə edilmir. Mütəxəssislərin xəbərdarlıqlarını nəzərə alan valideynlər uşaqlarını bu içkilərdən qorumağa çalışırlar.
Uşaqlarda sümük inkişafı çox vacibdir. Turşulu və qazlı içkilər sümüklərin böyüməsinə mənfi təsir göstərir. Eyni zamanda, tərkibində yüksək miqdarda şəkər oduğu üçün piylənməyə və təəssüf ki, uşaqlarda şəkərli diabet riskinin artmasına gətirib çıxarır.
Tərkibində kafeinin yüksək olması səbəbindən uşaqlarda yuxu problemlərinə, əsəbilik və ürək ritminin pozulmasına səbəb olaraq ürək xəstəliklərinin inkişaf riskini artırır. Xərçəng əmələgətirmə xüsusiyyətinə malik olduğu üçün həm böyüklər, həm də uşaqlar üçün mütləq qaydada qəbul edilməməli olan qidalar sırasındadır. Aspartam tərkibinə görə bu içkilər epilepsiya və ya əhvali-ruhiyyə pozğunluqlarına səbəb ola bilər.
Burada valideynlər olaraq ən vacib vəzifə əvvəlcə evimizə aparmamağımızdır. Süd, ayran və təzə sıxılmış meyvə suları kimi daha sağlam qidalar verə bilsək, uşaqlarımıza nümunə olarıq. Qətiyyən bu içkiləri içməyə icazə verməməliyik .

https://fizulihuseynov.com/

https://herba-flora.com/