
ZƏRİF EXOTİC
Tərkibi: Limonotu (limon sorqosu), itburnu meyvəsi, gülümbahar çiçəyi, murdarça qabığı, əməköməci otu, mərcangilə yarpağı, kassiya yarpağı, cökə çiçəyi, aptek çobanyastığı çiçəyi, təbii tropik meyvə aromatı.
Təsiri:
Sidikqovucu, ödqovucu, yumşaq işlədici təsirləri sayəsində orqanizmi mübadilənin qalıq məhsullarından təmizləyir, bağırsaqların işini tənzimləyir və çəki atmağa yardım edir. Tərkibində olan antioksidantlar piy toxumasının parçalanması nəticəsində bədəndə toplanan toksiki maddələri neytrallaşdırır. Nəticədə çəki itkisi zamanı baş verən halsızlığı aradan qaldırır.
İstifadə qaydası:
1-2 filtr-bağlama 200 ml (1 stəkan) qaynar suda dəmlənir, gündə 1-2 dəfə daxilə qəbul olunur.