Məhsullar

Ud-Hindi Yağı

Tərkibi: Ud hindi, rafinə olunmamış zeytun yağı, evkalipt efiri, propolis.

Farmakoloji təsiri:
Ud hindi bitkisinin rafinə olunmamış zeytun yağında çıxarışı antibakterial və iltihabəleyhinə təsirləri sayəsində burun boşluğu, ağız boşluğunun və badam­cıqların iltihabi xəstəliklərində tətbiq olunur. Burunda və boğazda qızartı, şişkinlik və ağrı kimi iltihab əlamətlərini azaldır, patogen mikrofloraya antiseptik təsir göstərir. Dəridən sorulduqda oynaq və əzələlərə ağrıkəsici, iltihabəleyhinə təsir göstərir.
Evkalipt efiri əsas tərkib hissəsi olan sineol sayəsində güclü antiseptik effekt verir, iltihab əlamətlərini zəiflədir, boğazda, həmçinin burunun selikli qişasında olan şişkinliyi azaltdığı üçün tənəffüsü rahatlaşdırır. Propolis tərkibində olan təbii antibiotiklər hesabına patogen mikroorqanizmləri məhv edir, təbii ağrıkəsici effekt verir.

İstifadəsinə göstəriş:

  • Burun tutulmaları, rinitlər, o cümlədən allergik rinit
  • Burun balıqqulaqlarının hipertrofiyası
  • Damaq badamcıqların hipertrofiyası, tonzillitlər
  • Haymorit, frontit
  • Xarici və orta otit, müxtəlif qulaq ağrıları
  • Qrip, soyuqdəymə
  • Oynaq ağrıları, artrozlar, artritlər, osteoxondroz.

İstifadə qaydası:
Rinitlər (o cümlədən allergik rinit), badamcıqların iltihabı zamanı gündə 3 dəfə, böyüklər hər dəfə 4-5 damcı, uşaqlar isə 2-3 damcı uzanıqlı vəziyyətdə buruna tökülür. Müalicə müddəti xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq 10-20 gün dəyişə bilər.

Qulaq ağrıları və xarici qulağın iltihabında (əsasən də kiçikyaşlı uşaqlarda) uşaqlara gündə 2 dəfə, hər dəfə 1-2 damcı, böyüklərə isə gündə 2 dəfə, 3-4 damcı qulağa tökülür.

Haymorit və frontitin müalicəsində gündə 3 dəfə, hər dəfə 4-5 damcı burun dəliklərinə tökülür. Töküldükdən 3-4 dəqiqə sonra burundan xaric olan selik mütəmadi təmizlənməlidir.

Oynaq ağrıları, osteoxondroz, artritlər, bel ağrısı (radikulitlər) zamanı gündə 2-3 dəfə ağrıyan nahiyəyə 10 damcı töküb əl ilə masaj etmək lazımdır. Həm ağrıkəsici, həm də iltihabəleyhinə təsiri olduğundan oynaqətrafı iltihabı aradan qaldırır, oynaqların qan dövranını və qidalanmasını yaxşılaşdırır, hərəkət məhdudiyyətini aradan qaldırır. Artrozlar zamanı ən azı 1 ay istifadə edilməlidir.

Əks göstərişlər: 1 yaşa qədər uşaqlar, fərdi allergik reaksiya. Bu zaman yağın istifadəsini dayandırmaq lazımdır.

Buraxılış forması: 30 ml şüşə flakonda, pipetli qapaqla birlikdə.

Saxlanma müddəti: 18 ay.

Saxlanılması:
Sərin və uşaqların əlinin çatmayacağı yerdə 25°C-dən aşağı temperaturda sax­layın.

  • Qidanı əvəz etmir.
  • Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
  • Hamiləlik və laktasiya dövründə şərbətdən istifadə etməzdən əvvəl həkim ilə məsləhətləşin.
  • Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə olunmur.
  • Dərman vasitəsi deyil.
Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriya

Ətraflı Məlumat

Oxşar Məhsullar