Close

TEAMEN ÇAYI (Prostatit əleyhinə çay)

Tərkibi:İtburnu meyvəsi, yemişan meyvəsi, bataqlıq qurucasının otu, tozağacı yarpağı, aptek çobanyastığı çiçəyi, qara gəndalaş çiçəyi, çöl qatırquyruğu otu, adi ardıc meyvəsi.

Kimyəvi tərkibi: İtburnu meyvəsinin tərkibində üzvi turşular, flavonoidlər, B1, B2, PP, C, E vitaminləri, karotin və s. vardır. Yemişan meyvəsinin tərkibində flavonoidlər, üzvi turşular, karotinoidlər, aşı maddələri, piyli yağlar və s. vardır. Bataqlıq qurucasının tərkibində efir yağları, flavonoidlər, alkaloidlər, fitosterinlər, aşı maddələri, A və C vitaminləri, karotin və s. vardır. Tozağacı yarpağının tərkibində efir yağları, flavonoidlər, aşı maddələri, karotin, C və PP vitaminləri vardır. Aptek çobanyastığı çiçəyinin tərkibində efir yağları (xamazulen və s.), flavonoidlər, karotin, C vitamini və s. vardır. Qara gəndalaş çiçəyinin tərkibində efir yağları, üzvi turşular, rutin, aşı maddələri və s. vardır. Çöl qatırquyruğu otunun tərkibində saponinlər, alkaloidlər, flavonoidlər, C vitamini, karotin, mineral duzlar, aşı maddələri və s. vardır. Ardıc meyvəsinin tərkibində efir yağları, sirkə, alma, qarışqa turşuları və s. vardır.

Farmakoloji təsiri: Рrostat vəzin qanla təchizatını və innervasiyasını yaxşılaşdırır, kapsulunun keçiriciliyini artırır və mikrosirkulyasiyanı sürətləndirir, antioksidant, tonuslandırıcı, iltihab və mikrob əleyhinə təsir göstərir, spermanın keyfiyyətini, cinsi hüceyrələrin həyat qabiliyyətini və potensiyanı artırır.

İstifadəsinə göstəriş: Kəskin və xroniki prostatitlərin müalicə və profilaktikası, eyni zamanda potensiyanı artırmaq məqsədilə təyin olunur.

Əks göstəriş: Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

İstifadə qaydası:İki filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 20 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən əvvəl daxilə qəbul edilir.

Müalicə kursu 60 gündür.

Buraxılış forması: 25 filtr-bağlama.

 

 

Kateqoriya: , Product ID: 2802

Description

Son dövrdə oturaq həyat tərzi, düzgün olmayan geyimlər (dar şalvar), qeyri-düzgün qidalanma nəticəsində yaranan qəbizlik kimi əlamətlər kişilərin kiçik çanaq orqanlarında qan durğunluğuna səbəb olur. Bunlarla yanaşı gənc yaşlarda təsadüfi cinsi əlaqələrdən yoluxmuş bir çox infeksion xəstəliklər də prostat vəzdə iltihabi proses yaratdır. Gələcək nəsilartırma qabiliyyətini də risk altına almış olur. Bütün bunlar prostat vəzdə onsuz da zəif olan qan dövranını zəiflədir. İltihabi prosesin yaranmasına təkan verir. Prostat vəz kapsulunun keçiriciliyinin az olması nəticəsində kişi orqanizmində qanla ən az təchiz olunan orqandır desək, yəqin səhv etmiş olmarıq. Bu orqanda iltihabi proses olduqca tez yaranır. Ancaq müalicəsində istifadə olunan iltihabəleyhinə preparatlar orqana zəif çatdığına görə müalicənin müddəti aylarla davam edir. Onu da qeyd edim ki, təbii vasitələr sidik-cinsiyyət sisteminə daha tez təsir göstərir.

Herba Flora şirkətinin Teamen çayı kişi sağlamlığının göstəricisi, kişilərin ”ikinci ürəyi” hesab olunan prostat vəzin qeydinə qalan yüksək keyfiyyətli müalicəvi vasitədir. Teamen çayı iltihabi prosesin yaranmasına səbəb olan durğunluğu qan dövranını yaxşılaşdırmaqla aradan qaldırır. Bu xüsusiyyətləri, demək olar ki, tərkibindəki itburnu, yemişan, ardıc meyvələri kimi əksər bitkilər sayəsində həyata keçirir. Normallaşan qan dövranı sayəsində prostat vəzə gələn qan orqanın qidalanmasını, oksigen təchizatını yaxşılaşdırır. Teamen çayının tərkibindəki bataqlıq qurucası otu isə iltihabi proseslər nəticəsində keçiriciliyi bir az da zəifləmiş kapsulun kapilyar qan dövranını yaxşılaşdırır. Bununla yanaşı kapsulun pozulmuş, zəifləmiş keçiriciliyini artırır. Çayın tərkibindəki itburnu meyvəsi, qara gəndəlaş çiçəyi həm də xəstələrdə prostat vəzdə yaranmış ödem və şişkinliyi də aradan qaldırır.

Teamen çayın təsiri

Tərkiblərindəki rutin maddəsi sayəsində damar divarının keçiriciliyini azaldır, ətrafa maye sızmasının və ən nəhayət ödemləşmənin qarşısını alır. Prostat vəzdə olan şişkinlik, ödem sayəsində sidik kanalının sıxılması nəticəsində ağrılı sidiyəgetmə, qalıq sidik hissi kimi xəstəni narahat edən əlamətlər Teamen çayı hesabına tez bir zamanda aradan qalxır. Həmçinin çayın tərkibindəki əksər bitkilər: aptek çobanyastığı, çöl qatırquyruğu spazmı aradan qaldırır, sidikqovucu effekt verərək xəstənin rahat sidiyə getməsini və ağrıdan azad olmasını təmin edir. Teamen çayının tərkibindəki E vitamini ilə zəngin olan yemişan bitkisi prostat vəz şirəsinin keyfiyyətini yaxşılaşdırır, cinsi fəaliyyəti normallaşdırır, kişilərdə nəsilartırma qabiliyyətini yüksəldir. Teamen çayının tərkibindəki tozağacı yarpaqları isə tərkibindəki kumarin maddəsi hesabına həm kişi orqanizminin ümumi tonusunu artırır, həm də əhvali-ruhiyyəsini yaxşılaşdırır.Tozağacı yarpaqları trixomanada infeksiyasına qarşı da son dərəcə aktivdir.

Herba Flora şirkətinin Teamen çayı həm profilaktik, həm də müalicə məqsədi ilə bütün kişilər üçün əvəzolunmaz təbii məhsuldur. Əziz kişi oxucular, siz də Teamen çayı qəbul edin, ”ikinci ürəyinizin” qeydinə qalın!

https://herba-flora.com/

https://fizulihuseynov.com/