Məhsullarımız
Bitkilər
Yarpaq
Gi̇ci̇tkən Yarpağı
Tərkib:
Gicitkən yarpaqlarının tərkibində karotinoidlər (β-karotin, violaksantin, ksantofil, ksantofil-epoksid), C, K, B1, B2 vitaminləri, aşı maddələri, xlorofil, urtisin qlikozidi, flavonoidlər (kversetin, izoramnetin, kempferol), üzvi turşular (turşəng, qarışqa, fumar), fenolkarbon turşuları (qəhvə, qall), makro- və mikroelementlər var.
İstifadəsi:
1 xörək qaşığı xammalın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. qaynayan su hamamında dəmlənir, soyudulur, süzülür.
Daxilə gündə 3-5 dəfə, hər dəfə 1 xörək qaşığı, xaricə vanna və islatma şəklində təyin olunur. Saç üçün dəmləmə 5 xörək qaşığı 0,5 litr suya nisbətində hazırlanır və yuyulduqdan sonra saçlar yaxalanır.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Xalq təbabətində və rəsmi tibdə gicitkən özünəməxsus faydalı xüsusiyyətləri ilə tanınan bitkidir. Bütün Avropanı əhatə etməklə, Sibir, Uzaq Şərq, Şimali Amerika, Kanadada geniş yayılıb. Ən çox rütubətli, azotla zəngin torpaqlarda, çay kənarlarında, meşələrdə yetişir. Birillik və çoxillik növləri var.
Qədim Misirdə gicitkən artrit və bel ağrılarını müalicə etmək üçün istifadə olunurdu. Gicitkənin yarpaqlarında çox miqdarda qida maddələri, o cümlədən A, K, C və B qrupu vitaminləri, minerallar (kalsium, dəmir, maqnezium, kalium, fosfor, sink, silisium), həmçinin hüceyrələri sərbəst radikallardan qoruyan və orqanizmin qocalmasının qarşısını alan yağlar və əvəzolunmaz amin turşuları var.
Gicitkən yarpağı tərkibindəki faydalı aktiv komponentlər hesabına orqanizmə iltihab əleyhinə, qızdırmasalıcı, hipotenziv, qankəsici, hipoqlikemik, antiallergik, antirevmatik, kardiotrop, antioksidant təsir göstərir. Zəngin vitamin və mineral tərkibi onun orqanizmə ümumi möhkəmləndirici təsirini müəyyən edir. Bitki C və K vitamini, həmçinin dəmir hesabına qanartırıcı təsir göstərir.
Hemoqlobin səviyyəsini yüksəldir, qanaxmaların (xüsusilə aybaşı qanaxmalarında) qarşısını alır. Bitki mədə və bağırsaqların fəaliyyətini yaxşılaşdırır, iştahanı artırır. Gicitkənin mineral tərkibi ürək, qaraciyər, əzələ və digər orqanların sağlamlığına faydalı təsir göstərir. Bitki qaraciyərin funksiyasını yaxşılaşdıraraq həmçinin güclü detoks xüsusiyyətləri ilə tanınır. Orqanizmi ağır metal duzları, şlak və toksinlərdən azad edir.
Gicitkən yarpağı ekstraktı oynaqlarda yaranan iltihabı yüngülləşdirir. Bədəndəki bütün iltihabi ocaqları söndürür, iltihabın sorulmasını təmin edərək regenerasiyanı sürətləndirir. Bundan başqa bu bitki yüksək arterial təzyiqi müalicə etmək üçün də istifadə edilmişdir.
Gicitkən yarpağı ekstraktı testosteronun daha güclü forması olan dihidrotestosterona çevrilməsinin qarşısını alır. Bununla prostat vəzin yaşla bağlı böyüməsinin qarşısını alır. Bu bitki pielonefrit, sistit, prostat vəz adenoması, prostatit kimi xəstəliklərdə sidikqovucu effekt verərək sidikliyin rahat boşalmasını təmin edir. Bitki antisellülit təsir edərək bədəndə ödem və şişkinliyi azaldır, artıq çəkidən azad edir.
Gicitkən yarpağının kosmetologiyada da yeri əvəzsizdir. Gicitkən dəmləməsi ilə saçları yaxaladıqda baş dərisinin qan dövranını yaxşılaşdırır. Tük follikullarını vitamin və minerallarla qidalandıraraq möhkəmləndirir, saç tökülməsinin qarşısını alır. Dəriyə baxım zamanı onun yenilənməsini və təmizlənməsini təmin edir. Akne və ekzema müalicəsində də istifadə olunur.
Əlaqəli yazı mövcud deyil.