Məhsullar

Fi̇tooi̇l Coconut Oi̇l (Kokos Yağı)

TƏRKİBİ: betain, mürəkkəb efirlərin etoksilatları, etanola­midlər, polisorbatlar, monoqliseridlər, mürəkkəb efirlərin poliolları, A, E, B1, B2, B3, K, C vitaminləri, dəmir, kalsium, fosfor və s. makro və mikroelementlər.
YAĞ-TURŞU TƏRKİBİ: doymuş yağ turşuları (laurin (44-52%), miristin (13-19%), palmitin (8-11%), kapril turşusu (5-9%), stearin, araxidon), doymamış yağ turşuları (olein turşusu (5-8%), palmitolein, linolein).

MƏHSULUN XÜSUSİYYƏTLƏRİ:
Kokos yağı dərini nəmləndirmək və epidermisin bərpasını sürətləndirmək üçün ən effektiv vasitədir. Dəridə kollagen və elastinin əmələ gəlməsini sürətləndirir, dərini möhkəmləndirir və elastikliyini artırır, oksigen və qidalı maddələrlə zənginləşdirir. Antibakterial, iltihab əleyhinə və bərpaedici təsirləri sayəsində quru və iltihablı dərilərdə qızartı və qabıqlanmanı azaldır, dərini yumşaldır. Yanıqlardan sonra dəri çapıqlaşmasını azaldır. Hamiləlik və çəki dəyişməsi səbəbindən dəri çatlarının (striyaların) yaranmasının qarşısını alır. Saç uclarına çəkildikdə isə onları yumşaldır, strukturunu bərpa edir, saçqıranın əmələ gəlməsinin qarşısını alır.

İSTİFADƏSİ:
Gün ərzində 1-2 dəfə dəriyə çəkilir. Saçlar yuyulduqdan əvvəl və ya sonra uclarına çəkilir. Saç və dəri maskalarının, skrabların, kremlərin zənginləşdirilməsi üçün istifadə oluna bilər.

Saxlanması: +5 – +25 °C temperaturda, uşaqlar üçün
əlçatmaz yerdə saxlayın.
Storage: Store no available for children at temperature
+5 to + 25 °C.
Yararlılıq müddəti: 2 il / Shelf life: 2 years

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriya

Ətraflı Məlumat

Oxşar Məhsullar