Məhsullar

Di̇abetea Çay (Şəkərli Diabet Üçün Çay)

Tәrkibi: Zeytun yarpağı, zәncәfil kökü, sarıkök, tut yarpağı, darçın qabığı, qaragilә zoğları, mәkkәgülü çiçәyi, әmәkömәci otu, lobya meyvәsinin qını.

İstifadәsinә göstәriş: I tip şәkәrli diabet, II tip şәkәrli diabet, diabetönü vәziyyәt, piylәnmә.

İstifadә qaydası: İki filtr-bağlamanın üzәrinә 200 ml (1 stәkan) qaynar su tökülür, 15 dәq. dәmlәnir, otaq temperaturunda soyudulur. Gündә 3 dәfә, hәr dәfә 200 ml (1 stәkan) yemәkdәn әvvәl ilıq şәkildә daxilә qәbul edilir.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Müasir dövrdə əhali arasında qeyri-düzgün qidalanma, fiziki aktivliyin az olması maddələr mübadiləsinin pozulmasına gətirib çıxarır və insan orqanizmində karbohidrat mübadiləsinin pozulması piylənməyə, artıq çəkiyə, sonuncu isə şəkərli diabetin inkişafına təkan verir. Bu zaman həkimlər tərəfindən kompleks müalicə ilə yanaşı xüsusi qida rejimi, pəhriz, hərəki aktivlik və idman məsləhət görülür. Herba Flora şirkətinin artıq çəki və visseral piylənmədən azad edən, həm tək şəkildə, həm də  şəkərli diabetin kompleks müalicəsi ilə yanaşı qəbul edilə bilən Diabetea çayı şəkərli diabetə qarşı faydalı vasitələrdəndir.

Çayın tərkibi zeytun yarpağı, zəncəfil kökü, sarıkök, tut yarpağı, darçın qabığı, qaragilə zoğları, məkkəgülü çiçəyi, əməköməci otu, lobya meyvəsinin qını ilə zənginləşdirilmişdir. Diabetea çayının tərkibinə daxil olan qaragilə zoğları, toxumsuz lobya qını tərkibindəki insulinəbənzər maddələr hesabına qlükozanın hüceyrələr tərəfindən mənimsənilməsini təmin edir. Mədəaltı vəzin Langerhans adacıqlarını stimulyasiya edərək insulin sintezini artırır, qanda qlükozanın səviyyəsini azaldır. Tərkibindəki zeytun yarpağı hesabına hüceyrələrin insulin reseptorlarının həssaslığını artırır. Çayın tərkibindəki məkkəgülü çiçəyi, zəncəfil kökü artıq çəkidən əziyyət çəkən insanlara antilipid, antisellülit effekt verərək çəki azalmasına səbəb olur. Həm də tərkibindəki antosianlar hesabına P vitamininəbənzər təsir göstərərək damar divarını möhkəmləndirir, keçiriciliyini tənzimləyir, nəticədə diabetik angiopatiyaların qarşısını alır.

Herba Flora şirkətinin Diabetea çayı tərkibindəki zəncəfil kökü, darçın qabığı, sarıkök və əməköməci kimi bitkilərin hesabına qanda şəkər, ümumi xolesterin, triqliseridlərin səviyyəsini azaldır. Qaraciyərin antioksidant fermentlərinin miqdarını artırır, yağların oksidləşməsini sürətləndirir, sərbəst radikalları neytrallaşdıraraq orqanizmdən xaric edir. Lipid mübadiləsini tənzimlədiyi üçün piylənmələr zamanı yüksək effekt verir. Bu xəstələrdə susuzluq, ağızda quruluq və poliuriya kimi əlamətlərin qarşısını alır. Diabetea çayının tərkibindəki zeytun yarpağı, məkkəgülü çiçəyi, əməköməci otu kimi bitkilər sidikqovucu effekt verərək orqanizmdən artıq mayeni xaric edərək ödem əleyhinə təsir göstərir, arterial təzyiqi tənzimləyir.

Antioksitadant

Diabetea çayı piylənmədən əziyyət çəkən xəstələrə arıqladıcı, həzmi yaxşılaşdırıcı və yaşlanma əleyhinə təsir edir. Məkkəgülü, əməköməci, sarıkök kimi bitkilər antioksidantlarla zəngin olduğu üçün orqanizmi sərbəst radikal, şlak və toksinlərdən təmizləyir. Dərinin turqoru və elastikliyini bərpa edir, orqanizmi cavanlaşdırır. Həm diabetdən, həm də piylənmədən əziyyət çəkən xəstələr Herba Flora şirkətinin Diabetea çayını tək şəkildə, yaxud Mirfazin və Antixol çayı ilə kombin şəkildə qəbul etsələr, onların tez bir zamanda artıq çəkidən azad olmasına və tədricən xəstəliyin ağırlaşmalarının qarşısının alınmasına səbəb olacaq.

http://fizulihuseynov.com/

https://herba-flora.com

Oxşar Məhsullar