BRONXİAL ASTMA ÜÇÜN YIĞINTI
Tərkibi: Kəklikotu otu, dəvədabanı yarpağı, bənövşə otu, andız kökü, zirə meyvəsi.
İstifadəsinə göstəriş: Yığıntı bronxial astma zamanı tutmaların profilaktikası və remissiya dövrünü uzatmaq üçün tətbiq olunur. Eləcə də bronxların iltigabi xəstəliklərində bəlğəmgətirici və iltihab əleyhinə vasitə kimi tətbiq olunur.
İstifadə qaydası: Bir xörək qaşığı yığıntının üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. qaynayan su hamamındа bişirilir, otaq temperaturunda soyudulur, süzülür. Gündə 3-4 dəfə, hər dəfə 1/4 stəkan daxilə qəbul edilir.