Məhsullarımız Bitkilər Ot Bibəriyyə Otu
Tərkib:
Bibəriyyə otunun tərkibində sineol, kamfora, limonen, borneol, pinen kimi efir yağları, həmçinin aşı maddələri, qətranlar, acı maddələr, dəmir, fosfor, maqnezium, natrium, kalium və sink var.
İstifadəsi:
Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəqiqə su hamamında dəmlənir, soyudulur, süzülür. 2-3 həftə ərzində gündə 3 dəfə, hər dəfə 1/3 stəkan yeməkdən 30 dəqiqə əvvəl qəbul olunur.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Bibəriyyə müalicəvi təsirli dərman bitkisidir. O həmçinin kulinariyada xörəklərə dad verən ətirləndirici ədviyyat kimi istifadə edilir. İstisevən bitki olub daha çox Fransa, İtaliya, Yunanıstan, İspaniya kimi ölkələrdə yetişir. Həmişəyaşıl ot bitkisidir və hündürlüyü 2 metrə çatır. Bitkinin tərkibi efir yağları, aşı maddələr, saponinlər, fitosterollarla zəngindir. Bibəriyyə çoxsaylı müalicəvi xüsusiyyətlərə malikdir. Bitki yüksək effektli antioksidantdır. İltihab əleyhinə, mikrob əleyhinə, virus əleyhinə, göbələk əleyhinə, xora əleyhinə, antihistamin, sidikqovucu effekt verir.
Bibəriyyə bir çox xəstəliklərin müalicə və profilaktikasında istifadə edilir. Çoxsaylı tədqiqatlar nəticəsində məlum olub ki, bibəriyyə hüceyrə membranlarını stabilləşdirdirir. Orqanizmi ultrabənövşəyi şüaların zərərli təsirlərindən qoruyur. Bitkinin tərkibi rozmarin turşusu ilə zəngin olduğu üçün ağız boşluğunda mikrofloranı tənzimləyir, kəskin və xroniki tənəffüs sistemi xəstəlikləri zamanı patogen mikrobları məhv edir.
Bibəriyyə qanda şəkər səviyyəsini tənzimləyir. Diabetönü vəziyyətlərdə, insulinə qarşı rezistentlik zamanı çox effektlidir. Bibəriyyə ürək əzələsinin yığılma qabiliyyətini artırır, eyni zamanda arterial təzyiqi tənzimləyir. Ürək və qan-damar sistemində qan dövranını yaxşılaşdırır. Bitki həmçinin artrit və revmatizmlə mübarizə aparır, orqanizmə ümumi möhkəmləndirici təsir göstərir, fiziki və zehni qabiliyyəti artırır.
Bibəriyyə otu bütün bu xüsusiyyətləri ilə yanaşı Altsheymer xəstəliyinin inkişafına səbəb olan asetilxolinesteraza, butirilxolinesteraza fermentlərinin aktivliyini azaldır. Bu da beyində neyronlararası əlaqəni yaxşılaşdırır, beyin qan dövranını, yaddaş və diqqəti gücləndirir. Bitki bağırsaqların funksiyasını tənzimləyir, həzmi yaxşılaşdırır. Qazəmələgəlmənin qarşısını alır, qazqovucu effekt verir, həzm yollarının saya əzələlərinə spazmolitik təsir göstərir. Bağırsaqlarda qıcqırma və çürümənin qarşısını alır. Həzm şirəsinin sekresiyasını artırır, qidanın həzmini yaxşılaşdırır. Bir çox göbələk növlərini, o cümlədən Candida albicansı məhv edir, kandidoz xəstəliyinin inkişafının qarşısını alır.
Bibəriyyə otu həmçinin ödqovucudur, öd kisəsi və od yolları xəstəiklərində istifadə edilir. Bu bitki əzələ və sinir ağrılarında da istifadə olunur. Gün ərzində maddələr mübadiləsi nəticəsində orqanizmdə əmələ gələn metabolitləri bədəndən çıxarır. Bibəriyyə otu saçları möhkəmləndirir, saç tökülmə əleyhinə effekt verir. Baş dərisində qan dövranını yaxşılaşdıraraq saçların uzanmasını təmin edir.
Əlaqəli yazı mövcud deyil.