Məhsullar

Andız Kökü

Tərkibi:
Andız kökümsovu və kökünün tərkibində inulin (44%-ə qədər) və digər polisaxaridlər, acı maddələr, saponinlər, qətran, selik, az miqdarda alkaloidlər, pektinlər, mum, E vitamini, əsas kompo­nentləri allantolakton, proazulen, helenin, dihidro­alantolakton, fridelin, stigmasterin və fitomelan olan 4,5%-ə qədər efir yağı var.</p>

İstifadəsi:
Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 30 dəq. qaynayan su hamamında dəmlənir, otaq temperaturunda soyudulur, süzülür. Gündə 2-3 dəfə, hər dəfə 1/2 stəkan yeməkdən 1 saat əvvəl qəbul edilir. Dəmləməni sərin yerdə 2 sutka saxlamaq olar.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriyalar ,

Ətraflı Məlumat

Andız şəfaverici xüsusiyyətləri ilə ənənəvi təbabətdə geniş istifadə olunan bir bitkidir. Bitki əsasən dağlıq və çəmənlik ərazilərdə bitir. Tərkibi efir yağları, inulin polisaxaridi, acı maddələr, saponinlər, flavonoidlər, A və E vitaminləri, kalium və maqnezium kimi minerallarla zəngindir.

Andız kökünün faydaları nələrdir?

Andız kökü əsasən boğulma zamanı öskürək əleyhinə, sidikqovucu, qankəsici, iştahaaçıcı vasitə kimi istifadə olunur. Efir yağları ilə zəngin olduğu üçün andız kökü bakteriya əleyhinə, parazit əleyhinə və bəlğəmgətirici xüsusiyyətlərə malikdir. Orqanizmi infeksiyalara qarşı dayanıqlı edir. İnulin insulinəbənzər təsir göstərərək qandakı qlükozanın toxumalara rahat daşınmasını təmin edir, nəticədə qanda qlükoza səviyyəsi tənzimlənir.

Acı maddələr hesabına bitki həzm sistemini stimullaşdırır və iştahanı artırır, prebiotik effekt verərək bağırsaq mikroflorasını balanslaşdırır. Xəstəlik törədən bakteriyaların artıb-çoxalması və böyüməsinin qarşısını alır. Andız kökü həm də bağırsaq qurdları əleyhinə təsir göstərir.

Ödqovucu olduğu üçün ödün qaraciyərdən və öd kisəsindən öd yollarına və onikibarmaq bağırsağa rahat axmasını təmin edir. Qaraciyərin zərərsizləşdirmə funksiyasını yaxşılaşdırır. Andız kökü tənəffüs sisteminin işinə də müsbət təsir göstərir. Saponinlər traxeya və bronxlarda bəlğəmin durulaşmasına, kirpikli epitelin hərəki aktivliyini artıraraq bəlğəmin xaric olmasına şərait yaradır. Soyuqdəymə, bronxit, bronxial astma kimi xəstəliklərdə effektlidir.

Andız kökünün orqanizmə təsirləri

Andız kökü böyrəklərin fəaliyyətini dəstəkləyən və detoksikasiya prosesinə kömək edən bir bitkidir. Sidik-ifrazat sistemində yaranan iltihabı tez bir zamanda aradan qaldırır, sidikqovucu effekt verərək orqanizmi ağır metal duzlarından, şlak və toksinlərdən azad edir.

Andız kökü böyrək daşlarını xaric etməyə kömək edir, lakin daşın ölçüsü və növündən asılı olaraq müxtəlif cür təsirlər göstərə bilər. Qətran tərkibli bu bitki yara və xoralı nahiyələrə mikrob əleyhinə təsir göstərir, yarasağaldıcı effekt verir. Kalium və maqnezium mineralları ürək-damar sistemi və sümük- əzələ sisteminin funksiyalarını yaxşılaşdırır. Stresi azaltmağa kömək edir və sinirləri sakitləşdirir.

Andız kökü babasil xəstəliyində də effektlidir. Kişi sağlamlığı üçün faydalı bitkilərdən hesab olunur. Bitkinin güclü antioksidant tərkibi sərbəst radikalların zərərini azaldaraq spermanın keyfiyyətini artırmağa kömək edir, hormonal sistemə təsir edərək nəsilartırma qabiliyyətini yüksəldir. Kiçik çanaq orqanlarında qan dövranını yaxşılaşdıraraq cinsi funksiyaları tənzimləyir. Təbii enerji artırıcı təsiri ilə cinsi istəyi gücləndirir. Andız kökü qadınlarda əzginlik, şişkinlik, baş ağrısı kimi predmenstrual sindrom əlamətlərini yüngülləşdirir. Ekzema, sızanaq və qaşınma kimi dəri problemlərində də faydalıdır.

  • “Herba Flora” şirkəti andız kökü ilə zənginləşdirilmiş Teasept, Teaqrip, Teazol, Mirfazin kimi təbii bitki çayları istehsal edir.

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar