Əlaqə məlumatlarınızı doldurun

Məlumatlarınız sizinlə əlaqə saxlanıla bilməsi üçün istifadə olunacaq

Yanlış email formatı!
Yanlış telefon formatı!
Profile Icon

Herba Flora – BOT

Online

Şəkərli diabet zamanı düzgün qidalanma üçün məsləhətlər

Mündəricat

Şəkərli diabet nədir?

Şəkərli diabet (diabetes mellitus), orqanizmin qan şəkərini (qlükoza) düzgün idarə edə bilməməsi nəticəsində yaranan bir metabolik pozğunluqdur. Bu vəziyyət, ya bədənin insülin istehsal etməməsi, ya da istehsal olunan insülini düzgün istifadə etməməsi səbəbindən qan şəkərinin yüksək səviyyəyə çatmasına səbəb olur.

Şəkərli diabet zamanı düzgün qidalanma

Şəkərli diabet zamanı düzgün qidalanma, qan şəkərinin idarə olunmasına və sağlamlığın qorunmasına kömək edir. Aşağıda şəkərli diabet xəstələri üçün bəzi qidalanma məsləhətləri verilmişdir:

Şəkərli diabet zamanı məsləhətdir:

  • Çox şirin olmayan meyvə və giləmeyvələr
  • Bütün növ tərəvəzlər (kartof, qarğıdalı istisna olmaqla)
  • Bütün göyərti növləri
  • Çovdar çörəyi
  • Təzə sıxılmış tərəvəz şirələri
  • Qazsız mineral sular
  • Diabetea çayı
  • Yağsız ayran
  • Yaşıl çay
  • Mirfazin çayı
  • Yağsız kəsmik
  • Duzsuz pendir
  • Az miqdarda yağsız süd
  • Buxarda, suda və ya manqalda bişmiş məhsullar
  • Dana əti
  • Dərisi soyulmuş balıq
  • Toyuq və hindquşu əti

Məhdudlaşdırılır:

  • Yarmalar
  • Makaronlar
  • Bişmiş meyvə-tərəvəzlər
  • Qarpız
  • Qara şokolad
  • Meyvə şirələri
  • Orta yağlı süd
  • Orta yağlı pendir və kəsmik
  • Dərisi soyulmuş qaz və ördək əti

Qadağandır:

  • Şəkər
  • Konfet
  • Tortlar
  • Mürəbbələr
  • Bal
  • Dondurma
  • Şirin meyvələr (əncir, üzüm, banan, yemiş)
  • Ağ çörək
  • Qazlı, şirin içkilər
  • Spirtli içkilər
  • Hazır meyvə şirələri
  • Enerji içkiləri
  • Pivə
  • Tünd qara çay
  • Yağlı qaymaq
  • Kəsmik
  • Yağlı və duzlu pendir
  • Yağda qızarmış məhsullar
  • Dərisi soyulmamış balıq və toyuq əti
  • Yağlı, hisə verilmiş ət və ət məhsulları
  • Kolbasa və sosislər
  • Küçədə tez hazırlanan qidalar
  • Hazır konservlər

Yazı ilə əlaqəli məhsullarımız