Öd kisəsi və öd yolları xəstəliklərində pəhriz
Öd kisəsi və öd yolları xəstəliklərində pəhriz zamanı nələrə diqqət edilməlidir? Pəhriz zamanı nələr məsləhətdir, nələr qadağan edilir?
Pəhriz zamanı nələr məsləhətdir?
- Şirin meyvə və giləmeyvələrin şirələri, kompot, kisel, açıq çay və südlü qəhvə, Teaxolin çayı
- Kəpəkli undan hazırlanmış boyat çörək
- Yağsız kəsmik, az miqdarda yağsız xama, duzsuz pendir
- Müxtəlif tərəvəz şorbaları
- Gün ərzində 50 qrama qədər kərə və bitki yağı
- Yağsız mal əti, qaynadılmış toyuq və quş əti, yağsız balıq
- Yulaf və qarabaşaq sıyıqları
- Müxtəlif tərəvəzlər, şirin meyvə və giləmeyvələr
- Yumurta – gündə 1 ədəd
- Şəkər tozu, mürəbbə, bal
Pəhriz zamanı nələr qadağan edilir?
- Təzə çörək və şirniyyat məhsulları
- Heyvani yağlar, marqarin
- Yağlı ət, balıq, göbələk bulyonları
- Turşəng, ispanaq, turp, yaşıl soğan, sarımsaq
- Yağlı mal, qoyun, donuz, qaz, ördək, toyuq, balıq əti
- Yağda qızardılmış və ya bərk bişirilmiş yumurta
- Duza qoyulmuş tərəvəzlər, hisə verilmiş məhsullar
- Xardal, istiot
- Turş meyvə və giləmeyvələr
- Dondurma, kremli şirniyyatlar, şokolad
- Tünd qəhvə, kakao, soyuq və spirtli içkilər