Əlaqə məlumatlarınızı doldurun

Məlumatlarınız sizinlə əlaqə saxlanıla bilməsi üçün istifadə olunacaq

Yanlış email formatı!
Yanlış telefon formatı!
Profile Icon

Herba Flora – BOT

Online

Hipoallergik pəhriz necə olmalıdır? Məsləhətlər və qadağalar

Mündəricat

Hipoallergik pəhriz nədir?

Alerji riskini azaltmaq üçün sağlam yanaşma!

Hipoallergik pəhriz, bədənin allergiyaya səbəb olan qidalardan uzaq durmasını təmin etməyə kömək edən bir qidalanma tərzidir. İnsanların müəyyən qidalara qarşı həssaslığı və allergik reaksiyalarının olması, sağlamlıq problemlərinə yol aça bilər. Hipoallergik pəhriz, bu cür reaksiyaları minimuma endirmək və bədənin daha yaxşı işləməsini təmin etmək üçün ən yaxşı yanaşmadır.

Qəbulu məsləhətdir:

  • Mal əti (suda və ya buxarda bişmiş)
  • Yarma və tərəvəz şorbaları (birinci qaynama suyunu atmaq şərtilə)
  • Kərə yağı, zeytun və günəbaxan yağı
  • Təzə, duzsuz süd məhsulları: kəsmik, kefir, qatıq
  • Yaşıl alma kompotu, çay, TEADER Çayı
  • Təzə xiyar, cəfəri, şüyüd, keşniş
  • Sobada və ya buxarda bişmiş alma
  • Ağ mayasız çörək, az miqdarda kartof
  • Sıyıqlar: qarabaşaq, yulaf, düyü

Qəbulu məsləhət deyil:

  • Bütün sitrus meyvələr (portağal, limon, qreypfrut), çiyələk, yemiş, ananas
  • Çərəzlər (fındıq, badam, yerfındığı)
  • Balıq və balıq məhsulları (təzə və duzlu balıq, balıq bulyonu, balıq konservi, kürü)
  • Şokolad və şokoladlı məhsullar, marmelad, qəhvə, kakao
  • Hisə verilmiş ət və ət məhsulları, kolbasa, sosis
  • Konservləşdirilmiş məhsullar və marinadlar
  • Qıtıqotu (xren), turp, pomidor, badımcan
  • Göbələk, yumurta
  • Süd, pendir, qatılaşdırılmış süd, bal
  • Mayalı xəmir
  • Spirtli içki (qəti qadağandır!!!)

Yazı ilə əlaqəli məhsullarımız