ANTİXOLESTEROL PƏHRİZ.

ANTİXOLESTEROL PƏHRİZ.

Məsləhətdir

Bitki yağları – günəbaxan, qarğıdalı, zeytun, soya yağları.

Dəniz balıqları – treska, kilka, siyənək, sardina.

Yağsız qatıq, kəsmik və pendir.

Bütün meyvə və giləmeyvələr, quru meyvələr, bütün təzə, dondurulmuş, konservləşdirilmiş tərəvəzlər – soğan, sarımsaq, yerkökü, çuğundur, kələm, turp, qarğıdalı, badımcan, pomidor, xiyar, gülkələmi, göyərtilər.

Yulaf yarması, lobya, mərci, noxud, dəniz kələmi.

Antixol çayı, mineral sular, təbii meyvə şirələri, yaşıl çay.

Məhdudlaşdırılır (həftədə 2 dəfə)

Yağsız və dərisiz quş ətləri, yağsız mal əti, mal ətinin ikincili bulyonu.

Çay balıqları, qırmızı balıq.

Qabığı soyulmuş, qaynadılmış və ya az miqdarda bitki yağında qızardılmış kartof.

Kəpəkli buğda və çovdar çörəyi, qarabaşaq yarması.

Çay, həll olan şəkərsiz qəhvə.

Göbələklər, ketçup, qara istiot, sirkə, digər ədviyyatlar, qoz, fındıq, badam.

Məsləhət deyil

Qatı yağlar – quyruq yağı, iç piyi, kərə yağı, marqarin, palma yağı.

Yağlı və dərili quş ətləri, qoyun və yağlı mal əti, yağlı ət bulyonları, xaş, kolbasalar, sosislər, konservlər, hisə verilmiş ət və ət məhsulları.

Nərə balığı, balıq kürüsü, xərçəng, yengəc, krevet və molyusklar.

Yağlı süd və süd məhsulları – xama, qaymaq, pendir, kəsmik, yoqurt, dondurma, qatılaşdırılmış süd.

Əla növ undan hazırlanmış çörək və onun suxarısı, makaron, şirniyyatlar.

Kakao, şokolad, dənəvər qəhvə, şirin qazlı sular, spirtli içkilər – araq, viski, şərab, konyak, pivə.

Yumurta, mayonez, şəkər, bal.