Əlaqə məlumatlarınızı doldurun

Məlumatlarınız sizinlə əlaqə saxlanıla bilməsi üçün istifadə olunacaq

Yanlış email formatı!
Yanlış telefon formatı!
Profile Icon

Herba Flora – BOT

Online

Antixolesterol pəhriz üçün məsləhətlər və qadağalar

Mündəricat

Antixolesterol pəhriz

Antixolesterol pəhriz yüksək xolesterol səviyyəsini aşağı salmaqürək-damar xəstəlikləri riskini azaltmaq üçün hazırlanmış bir qidalanma planıdır. Bu pəhriz, sağlam yağlar, tərəvəzlər, meyvələr və liflə zəngin qidaların qəbulunu artırır və xolesterol səviyyəsini tənzimləməyə kömək edir.

Antixolesterol pəhriz zamanı məsləhətdir:

  • Bitki yağları: Günəbaxan, qarğıdalı, zeytun, soya yağları
  • Dəniz balıqları: Treska, kilka, siyənək, sardina
  • Yağsız qatıq, kəsmik və pendir
  • Bütün meyvə və giləmeyvələr, quru meyvələr, bütün təzə, dondurulmuş, konservləşdirilmiş tərəvəzlər:
    • Soğan, sarımsaq, yerkökü, çuğundur, kələm, turp, qarğıdalı, badımcan, pomidor, xiyar, gülkələmi, göyərtilər
  • Yulaf yarması, lobya, mərci, noxud, dəniz kələmi
  • Antixol çayı, mineral sular, təbii meyvə şirələri, yaşıl çay

Məhdudlaşdırılır (həftədə 2 dəfə):

  • Yağsız və dərisiz quş ətləri, yağsız mal əti, mal ətinin ikincili bulyonu
  • Çay balıqları, qırmızı balıq
  • Qabığı soyulmuş, qaynadılmış və ya az miqdarda bitki yağında qızardılmış kartof
  • Kəpəkli buğda və çovdar çörəyi, qarabaşaq yarması
  • Çay, həll olan şəkərsiz qəhvə
  • Göbələklər, ketçup, qara istiot, sirkə, digər ədviyyatlar, qoz, fındıq, badam

Məsləhət deyil:

  • Qatı yağlar: Quyruq yağı, iç piyi, kərə yağı, marqarin, palma yağı
  • Yağlı və dərili quş ətləri, qoyun və yağlı mal əti, yağlı ət bulyonları, xaş, kolbasalar, sosislər, konservlər, hisə verilmiş ət və ət məhsulları
  • Nərə balığı, balıq kürüsü, xərçəng, yengəc, krevet və molyusklar
  • Yağlı süd və süd məhsulları: Xama, qaymaq, pendir, kəsmik, yoqurt, dondurma, qatılaşdırılmış süd
  • Əla növ undan hazırlanmış çörək və onun suxarısı, makaron, şirniyyatlar
  • Kakao, şokolad, dənəvər qəhvə, şirin qazlı sular, spirtli içkilər: Araq, viski, şərab, konyak, pivə
  • Yumurta, mayonez, şəkər, bal

Yazı ilə əlaqəli məhsullarımız