Xına

Xına

Biz hamımız xınanı boyaq maddəsi kimi tanıyırıq. Lakin onun əslində bir bitki olduğunu çox güman ki, əksəriyyətimiz bilmirdik. Çünki biz onu həmişə satışda piştaxtalarda toz halında görmüşük. Xına çoxillik ot bitkisi olub elmi adı Lawsonia inermis-dir. Xına xüsusilə Pakistan, Hindistan, Sudan, Nepal, Misir, İran, Çin və Şri-Lankada geniş sahələrdə yetişdirilir. Hindistan və Şərqi Afrikada xınadan bir çox dəri xəstəliklərinin müalicəsində istifadə edilirmiş. Onu da qeyd edək ki, xına həm antiseptik, həm də büzücü xüsusiyyətlərə malikdir. Yaralar, yanıqlar, ekzema zamanı dərini sakitləşdirir, zədə, dartılma, revmatizm və artrit zamanı ağrını azaldır, başağrıları zamanı sirkə ilə qarışdırılaraq islatma şəklində istifadə edilir. Ayaqlarda olan döyənəkləri, hədsiz tərləməni, suluqları, zədələri xına ilə müalicə etmək olar. Qızdırma zamanı əldə xınadan hazırlanmış kürəcik saxladıqda bədən hərarəti azalır. Xına dərini bakteriyalardan və göbələklərdən mühafizə edir.Dırnağın və dırnaq diblərinin möhkəmlənməsində də xınanın əhəmiyyətli rolu var. Xına saçların dibini möhkəmləndirərək saç tökülmələrinin qarşısını alır, sızanaq və civzələri azaldır. Bazarda hind xınası, yaşıl xına kimi növləri mövcuddur. Herba Flora şirkətinin istehsalı olan Fitoton xınaları isə digərlərindən fərqli olaraq bir neçə müalicəvi bitki kompleksindən ibarətdir. Xınanın dəmləmə qaydasına düzgün riayət etməklə saç tökülməsi,kəpəklənmə problemlərindən xilas olmaq mümkündür. Fitoton xınaları gicitkən dəmləməsində dəmləndikdə və zeytun yağı əlavə edildikdə təsiri daha da güclənir.

http://fizulihuseynov.com/news/tebii-antibiotik-propolis-247

https://herba-flora.comproduct/propolis-pediatrik-spreyi/