Üz kremi

Üz kremi

Üz kremi alarkən nələrə diqqət etməliyik?

Üz kremi aldığınız zaman ilk öncə onun qablaşdırılmasına baxın. Şüşə konteynerlərdə olan üz kremləri almaq məsləhət deyil. Üz kremləri aktiv komponentlərin yüksək konsentrasiyasını özündə saxlayır. Belə olduqda üz kremi oksidləşmə nəticəsində qəhvəyi rəng alır. Siz sadəcə onu anlamalısınız ki, qabda olan ağ krem faktiki olaraq konsistentli sürtküdür. Dəriniz qurudursa, xüsusilə tərkibi antioksidantla zəngin olan effektiv üz kremi tapmalıyıq. Üz kreminin tərkibində alkoqol və ətir kimi inqredientlər varsa, onu əldə etməyə dəyməz. Ətir bir nömrəli allergendir və bundan başqa, onun tərkibində ftalatlar kimi zərərli maddələr ola bilər. Bu baxımdan tərkibində ətir olan üz kremləri almayın. Çünki bu üz kremləri yüksək allergik reaksiyaların yaranmasına səbəb ola bilər. Ona görə də bəzi kosmetika istehsalçıları üz kremlərini ətirsiz istehsal edir.

Üz kreminin tərkibində digər zərərli inqredient isə alkoqoldur (spirt). Faktiki olaraq alkoqolların bütün tiplərini zərərli hesab etmək olmaz. Dağıdıcı alkoqol tiplərinə bunlar aiddir: alkoqol denat, etanol, etil spirti, metanol, benzil və izopropil spirti. Əgər siz bu qeyd etdiklərimizi inqredientlərin sonunda görürsünüzsə, bilin ki, onlar çox aşağı konsentrasiyalıdır və xeyirli komponentdir. Gəlin, bir az da ən vacib, yəni mühüm komponentlərdən danışaq. Məsələn, Niasinamid. Bu, keyfiyyətli üz kremlərinin tərkibində olmalıdır. Belə ki, onun effektivliyinə dair xeyli dəlillər mövcuddur. Digər faydalı inqredientlər isə Vitamin E (Tokoferol) və Allatoindir. Üz kreminin tərkibində bu inqredientlərdən ən azı 1%, Niasinamid və Vitamin C isə ən azı 3% olmalıdır. Beləliklə, bu inqredientlər siyahıda öndə olarsa, həmin üz kreminin keyfiyyəti yüksək, sonda olarsa, aşağı olar. Burada hər şeydən öncə siz öz dəri tipinizi müəyyən etməlisiniz.

Dəriniz yağlıdırsa, demək, bütün aktiv inqredientlər sizin üçün effektlidir. Yox əgər dəriniz həssasdırsa, ehtiyatlı olmağınız tövsiyə olunur. Çünki tərkibində Qlikolik turşusu kimi laylara ayrılan maddələr dərinizi zədələyə bilər. Əgər dəriniz yağlıdırsa, tərkibində kokos yağı, oleyl spirti olan üz kremlərdən uzaq durun.Tərkibində su olan üz kremi seçməyiniz məsləhətdir. Serumlar yağlı dəri üçün daha yaxşı fayda verə bilər. Əgər dəriniz quruluğa meyllidirsə, tərkibi yağla zəngin olan Fitooil badam yağlı üz kremindən istifadə edin.

https://fizulihuseynov.com/