Şokolad

Şokolad

Hamıya məlumdur ki, şokolad kakao-bobovdan istehsal edilir. Onun tərkibinə insanın iş və yaradıcılıq qabiliyyətini stimullaşdıran kafein və teobromin daxildir. Ekstrimal vəziyyətlərdə orqanizm üçün ən yaxşı vasitəçidir. Bundan başqa depressiyanı azaltmaq qabiliyyətinə malikdir. Tibb üzrə mütəxəssislər şokaladın qadınlardan fərqli olaraq “kişilər”i daha çox sakitləşdirdiyini bildirir.

İsveç alimlərinin fikrincə, qara (tünd) şokalad ürək-damar xəstəliklərinin qarşısını alır. İnsan təxminən 60 qram şokolad yediyi zaman qan dövranı yaxşılaşır. Bu təsir 8 saat davam edir. Elmi araşdırmalar sübut edir ki, qara şokolad nikotindən asıllılığı olan şəxslərə xoş təsir göstərir. Antioksidantlarla zəngin olan qara şokoladın qan damarlarının işini artırdığı məlumdur. Digər araşdırmalar göstərir ki, flavonoid ilə zəngin olan qara şokolad xərçəng xəstəliyi riskini azaldır.

Qara şokolad dərini günəş şüalarının neqativ təsirindən qoruyur və qırışların yaranmasının qarşısını alır. Araşdırmacılara görə, yaddaşı möhkəmləndirir, soyuqdəymənin qarşısını alır.
İspan alimləri çəki atmaq (arıqlamaq) üçün xüsusi şokolad istehsal etmişlər. Həmin şokoladı Lola adlandırmışlar. Onun tərkibinə hormon (daxili sekresiya vəzilərinin qana buraxdığı maddə) hasil edərək iştahanı azaldan ximikoli daxildir.

Şokoladın xeyri olduğu kimi zərəri də var. Gün ərzində dozadan artıq şokolad tükətmək ciddi xəstəliklərin yaranmasına gətirib çıxara bilər. Buna görə də gün ərzində 20-30 qramdan artıq şokolad yeməyin. Şokoladın günün birinci yarısında tox qarına yeyilməsi daha faydalıdır. İdeal zaman metabolizmin aktiv olduğu ikinci səhər yeməyidir. Biz eyni zamanda qablaşdırmaya, yəni şokoladın tərkibinə baxdıqdan sonra almağı məsləhət görürük. Çünki onların tərkibində konservatlar və rəngləyicilər olmamalıdır. Bəzi istehsalçılar südlü şokoladın tərkibinə sous daxil edirlər ki, bu da onun dadına neqativ təsir göstərir.

Əsl şokoladın tərkİbİ.

Tərkibində üzüm və fındıq deyil, təbii inqredientlər, yəni kakao olan şokoladlar alın. Əsl şokoladın tərkibi.
Əgər şokoladın tərkibində aşağıda qeyd edilən inqredientlər varsa onu almaq məsləhət deyil:
– kraxmal
– karraqinan və ya E-407
– palma yağı
– quru süd
– kakao paraşoku
– lesitin.
Bu da alıcılar üçün keyfiyyətsiz, zərərli şokolada bir nümunədir. Bu cür şokoladın tərkibində yalnız 7% kakao olur.
Əsl şokoladın təkibində kakao-bobov 55%-dən aşağı olmamalıdır.

https://herba-flora.comproduct/antixol/

http://fizulihuseynov.com/