Qozun faydaları.

Mündəricat

Qoz haqqında.

Azərbaycanın şimal rayonlarında qoz ağacları daha çox yayılsa da, digər bölgələrimizdə də rast gəlinir. Qoz ağacı çoxillik, hündür və qollu-budaqlıdır bitkidir. Diametrinə görə çox əhatəli olduğu üçün ağacın altı həmişə nəm və sərin olur. Buna görə də qışda qoz ağacının altı çox soyuq, yay aylarında isə sərin olur. Həkimlər revmatizm xəstəliyi olan insanlara yaşadığı evin yaxın məsafəsinə qoz ağacının əkilməsini məsləhət görmürlər.

Qoz ağacı gövdəsinin konsistensiyası çox möhkəm olduğu üçün tikinti mebel sənayesində geniş istifadə olunur. Çoxillik bitki olan qoz ağacının meyvəsini də uzun müddət xarab olmadan saxlamaq mümkündür. Qoz meyvəsi xüsusi pərdə(arakəsmə) ilə ayrılan iki ləpədən ibarət olub bərk konsistensiyalı oval qutucuğun içərisində yerləşir ki, bu da onu uzun müddət kənar təsirlərdən qoruyur və keyfiyyətini itirməsinin qarşısını alır.

Qoz ləpəsi çox yağlı olduğu üçün açıq havada bir müddət qaldıqda oksidləşərək öz dadını və keyfiyyətini itirir. Bizim ölkəmizdə qoz ağacının yetişməmiş meycəsindən və yarpağından da geniş istifadə olunur. Məsələn yaşıl qoz və onun yarpağından boyaq kimi, tərkibində olan vitamin və mineral maddələrə görə isə xalq təbabətində müalicə məqsədi ilə geniş istifadə olunur. Həm yarpaqları, həm də meyvəsi yodla zəngin olduğu üçün qalxanabənzər vəzi xəstəliklərində istifadə olunur.

Qoz yarpağı və yaşıl qoz immunostimulyatordur, qurdqovucudur, xərçəng əleyhinə çox müsbət təsir edir. Qoz ləpəsi mineral maddələrlə və vitaminlərlə zəngin, yüksək kaloriyə malik olan çox faydalı qida məhsuludur. Süfrəmizi qoz ləpəsinin özü və ondan hazırlanan müxtəlif şrniyyatlar daim bəzəyir. Qoz ləpəsi L-arginin, omeqa-3 və yuxu mediatoru olan melatoninlə zəngindir. Mərkəzi sinir sisteminin fəaliyyətini yaxşılaşdırır, yaddaşı və zehni qabiliyyəti artırır, serebral aterosklerozun qarşısını alır. Vazodilatator, tromb əleyhinə, antixolesterol təsir edərək ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır, beyin Insultu, beyin infarktıürək infarktı riskini azaldır. Hüceyrə qocalmasını ləngidir, əhvali-ruhiyəni yüksəldir, toxluq hissi yaradır və orqanizmin itirmiş olduğu enerjini qısa zamanda bərpa edir.

Müəllif: Qəndab Axundova
həkim-nevroloq

Yazı ilə əlaqəli məhsullarımız

Heç bir nəticə tapılmadı.