Vitamin mənbəyi qoz!
Qoz C vitamini, B vitaminləri (B6 vitamini, tiamin, riboflavin, niasin, pantotenik turşusu və folat), E vitamini, kalsium, kalium, dəmir, maqnezium, sodyum və sink kimi minerallarla zəngindir.
30 qram qozun tərkibində:
– Enerji: 200 kalori
– Karbohidrat 3.89 qram (g)
– Şəkər: 1 g
– Lif: 2 g
– Protein: 5 g
– Yağ: 20 g
– Kalsium: 20 milliqram (mq)
– Dəmir: 0.72 mq
– Natrium: 0 mq
Ürək, sümük və beyin sağlamlığı.
Qozun tərkibindəki omeqa 3 yağ turşuları ilə zəngin olduğu üçün ürəyin sağlamlığına kömək edir. Təzə qoz amin turşusu 1-arginin və oleik turşusu kimi mono doymamış yağ turşuları (72 %) ilə zəngindir. Ayrıca linoleik turşu, alfa-linolenik turşu (ALA) və arakidon turşuları kimi əsas yağ turşularıda (EFA) daxildir. Qozun hər hansı bir pəhrizə daxil edilməsi, sağlam bir lipid tədarükünü dəstəkləyərək koronar ürək xəstəliyinin qarşısını almağa kömək edə bilər. Qoz tərkibindəki mis, fosfor, əsas yağ turşuları hesabına sümük sağlamlığını qoruyur. Omeqa 3 yağ turşuları, yod, selenyum və fosfolipidlərlə zəngin olduğu üçün yaddaş və fokuslanmanı yaxşılaşdırır. Eyni zamanda qoz yağı zədələnmiş sinir hüceyrələrini bərpa edir və beyin fəaliyyətini yaxşılaşdırır.
Güclü antioksidant mənbəyi.
Qoz “antioksidantla zəngin” qidalar siyahısında böyürtkəndən sonra ikinci yerdədir. Qozda tapılan kinon juglon, tanin tellimagrandin və flavonol morin kimi nadir güclü antioksidantlar sərbəst radikal təmizləyici gücə malikdir. Qozun ətrafındakı membranda E vitamini, melatonin və polifenol adlanan birləşmələr çox güclü antioksidant təsir göstərir. Bu antioksidantlar həm də kimyəvi maddələrin qaraciyəri zədələnməsinin qarşısını alır. Qoz B qrupu vitaminlər və antioksidantlarla zəngin olduğu üçün dərini sərbəst radikal ziyanından qoruyur, qırışların əmələ gəlməsinin və qocalma əlamətlərinin qarşısını alır.
Maddələr mübadiləsini və yuxunu yaxşılaşdırır. Qoz EFA ilə birlikdə bədənə manqan, mis, kalium, kalsium, dəmir, maqnezium, sink və selenyum kimi minerallar verir. Bu minerallar böyümə və inkişaf, sperma istehsalı, həzm və nuklein turşusu sintezi kimi metabolik fəaliyyətlərə kömək edir. Müntəzəm qoz qəbulu, müxtəlif xəstəliklərin yaranmasının qarşısını ala biləcək güclü immunitet sistemi qurmağa kömək edir. Qozun tərkibində melatonin vardır ki, bu da yuxuya getməni yaxşılaşdırır. Melatonin orqanizm tərəfindən sintez olunduğundan qoz yedikdə qanda melatoninin səviyyəsini artırır və beləliklə yuxuya səbəb olur.
Qoz suyunun faydaları.
Qozun təkibində olan protein bədənin yağ yandırmasını sürətləndirir. Omega 3 yağı ilə zəngin olduğu üçün sinir sistemini qoruyur. Günorta vaxtı yeyildikdə tox tutur və çəkini azaldır. Qaraciyərqoruyucu təsir göstərir və hormonları normaya salır. Detoks təsiri göstərdiyi üçün orqanizmi toksinlərdən təmizləyir. Doymamış yağ turşuları hesabına qəbizliyi aradan qaldırır. Doyumluluq müddətini uzadaraq, çox aclıq hiss etmədən çəki atmağa kömək edir. Qozu suda saxlamaq, tərkibinin daha çox suya keçməsinə yardım edir və sağlamlığınıza daha çox təsir edir. Axşam yatmazdan əvvəl bir stəkan suyun içərisinə bir ovuc qoz qoyub səhərə qədər suda saxlayırsız. Səhər oyandıqda ac qarnına suyu içib, qozları yeyin. Süd verən analar, hamilələr, diabet, tiroid və xolestrol xəstələri üçün uyğun olan qoz suyunu, istədiyiniz çəkiyə düşənə qədər hər gün qəbul edə bilərsiniz.