Piylənmə

Piylənmə

Piylənmənin əsas səbəbi bədənə qida ilə daxil olan enerjinin maddələr mübadiləsi və fiziki işlərin sərf etdiyi enerjidən çox olması və nəticədə artan enerjinin yağ şəklində yığılmasıdır. Bu vəziyyət tələbatdan yuxarı enerji istehlakı müəyyən bir müddət davam etdikdə meydana gəlir. Bədən çəkisinin çatışmazlığı və piylənmə Bədən Kütlə İndeksi (BKİ) adlanan bir vahidlə qiymətləndirilir. Piylənmə xəstələri 30 və daha yüksək bədən kütlə indeksi olan xəstələrdir ki, bu da bir növ piylənmə testi sayıla bilər. Bədən Kütlə İndeksi bədən kütləsinin kiloqramla miqdarını bədənin hündürlüyünün kvadratına bölməklə hesablanır. Piylənməyə səbəb olan artıq enerji zərərli və həddindən artıq qidalanma səbəbi ilə meydana gələ bilər və bəzi genetik meyillər də piylənmə xəstəliyinin əsasını təşkil edə bilər. Bundan əlavə, hormonal xəstəliklər, tiroid xəstəlikləri və bəzi dərmanların istifadəsi kimi vəziyyətlər piylənmənin səbəbləri arasındadır.

Piylənmənin əsas faktorları

Rejimsiz qidalanma, birtərəfli qidalanma, azhərəkətli həyat tərzi, hormonal pozğunluqlar, həddindən çox qidalanma və müxtəlif səbəblərdən maddələr mübadiləsinin pozulmasıdır. Genetik faktor da çəki artımının səbəbləri sırasındadır. Bu faktorlar: lipogenez fermentlərinin yüksək aktivliyi, lipoliz fermentlərinin azalması, asan mənimsənilən karbohidratların çox miqdarda qəbul edilməsi. Un məmulatları və müxtəlif növ şirniyyatlar bura aiddir.

Mərkəzi sinir sistemi tərəfindən davamlı stress faktoru da piylənməyə gətirib çıxarır. Yuxunun və yuxu rejiminin pozulması mərkəzi sinir sistemi fəaliyyətinin pozulması baxımından piylənməyə gətirib çıxaran faktorlardan biridir. Metabolik xəstəliklər də piylənmənin əsas səbəblərinə aiddir. Birincili və ikincili olmaqla piylənmə iki qrupa ayrılır. Piylənmənin əmələ gəlməsinin səbəbi 80% hallarda həddindən artıq qidalanmadır. Birincili piylənmənin əsas səbəbləri spirtli içkilərin içilməsi, siqaretçəkmə, qidalarda şorabalardan çox istifadə etməkdir ki, bunlar iştahanı artırır. Karbohidratları normadan artıq qəbul etdikdə isə piy deposu şəklində müəyyən nahiyələrə toplanır. Lazım olan miqdardan artıq qəbul edilmiş hər 100 qram karbohidrat depo halında 30 qram piyin toplanmasına səbəb olur.

Qidalarda karbohidratın həddindən çox qəbul olunması qanda xolesterinin səviyyəsinin artmasına səbəb olur ki, bu da öz növbəsində mədə-bağırsaq traktının, mərkəzi sinir sisteminin və ürək qan-damar sisteminin fəaliyətinə mənfi təsir göstərir. Yüksək xolesterini və piylənməni aradan qaldırmaq üçün Antixol çayı qəbul etməyi tövsiyə edirik. 

http://fizulihuseynov.com