Öd durğunluğu

Öd durğunluğu

Öd durğunluğunun təbii müalicəsi.

Öd həzm prosesində iştirak edən ən vacib fermentlərdən biri olub qaraciyərdə sintez olunur. Qaraciyər hüceyrələrində əmələ gələn öd xırda öd kapilyarlarına, öd kanallarına və öd axacaqlarına gələrək ən nəhayət öd kisəsinə tökülür. Öd kisəsindən çıxan öd axacağı mədəaltı vəz axacağı ilə birləşib birlikdə onikibarmaq bağırsağa tökülür. Öd durğunluğu öd kisəsi və öd yollarının bir sıra xəstəlikləri nəticəsində əmələ gəlir ki, bunlar daşlı xolesistit, kəskin xroniki xolesistit, öd yollarının diskineziyası və xolangit kimi patalogiyalardır.

Öd kisəsi və öd yolları saya əzələ toxumasından ibarət olduğu üçün vegetativ sinir sistemi tərəfindən innervasiya olunur, lakin, od kisəsi cisminin və oddi sfinktorunun innervasiyası fərqlidir. Qida qəbulu ilə əlaqədar olaraq öd kisəsinin cismi yığılır və bu zaman oddi sfinktoru boşalır ki, nəticədə öd, öd axacağı vasitəsi ilə gəlib onikibarmaq bağırsağa tökülür. Qida rejiminin pozulması, oturaq həyat tərzi, tələsik və ayaqüstü qidalanmalar, keyfiyyətsiz və tam bişməmiş qidalar, istirahət və iş rejiminin düzgün təşkil edilməməsi, maye qəbulunun azaldılması, maddələr mübadiləsinin pozulması və piylənmə kimi patoloji hallar öd durğunluğunun əsil səbəbidir.

Öd durğunluğu isə həzmin pozulmasına gətirib çıxarır ki, bu da mədə bağırsaq sistemində diskomfort yaradır və epiqastral nahiyədə ağrılara səbəb olur. Dilin üstünün yaşıl rəngdə olması, ağızda quruluq, ağızda acılıq, qarında köp və qəbizlik əlamətləri də öd durğunluğunun nəticəsidir. Emosional gərginlik, stress və əsəbilik zamanı öd kisəsi cisminin və sfinktorunun növbəli sinir tənzimi pozulur, nəticədə həm öd kisəsi, həm də sfinktor eyni vaxtda yığılmış olur ki, bu da ödün xaric olmasını ləngidir.

Öd durğunluğunun müalicəsi həkimlərimiz tərəfindən müvəffəqiyyətlə həyata keçirilir. Təbii yolla öd durğunluğunun müalicəsi isə xüsusi əhəmiyyətə malikdir. Təbii müalicədə məqsəd orqanizmi kimyəvi dərmanların toksiki təsirindən qorumaq lazımdır. Ucuz və keyfiyyətli müalicə tətbiq etməklə xəstələri maddi zərbədən azad etməkdir.

Bitkilərdən

  • solmazçiçəyi çiçəyi,
  • boymadərən otu,
  • keşniş toxumu,
  • istiotlu nanə yarpağı,
  • razyana meyvəsi,
  • gülümbahar çiçəyi,
  • dazıotu otu,
  • qarğıdalı saçağı və s. Kimi bitkilərdən və onların yığıntilarından istifadə olunur.                                                                                                                                                                                                                            Müəllif: Qəndab Axundova
    həkim-nevroloq