Yaşıl təbiətdə arıqladıcı effektli və çay olaraq içilməsi mümkün olan bir çox bitkilər vardır. Bitkilər sağlam şəkildə müalicə edərək arıqladır. Bir vaxtlar Şərq ölkələri – Çin, Yaponiya, Hindistanda bu bitkilər müalicəvi məqsədlə geniş istifadə olunurdu. Bitki çayları arıqlatma üsulları arasında təbii olması, zərərləri və əks təsirlərinin çox aşağı olması səbəbindən məşhurdur.
Bitki çayları maddələr mübadiləsini sürətləndirir, müalicə edərək arıqladır. İstər visseral piylənmə (qarın bölgəsində), istərsə də bədənin başqa hissələrində yağları əritmək və artıq çəkidən xilas olmaq üçün bitki mənşəli arıqladıcı çayların istifadəsi daha çox məsləhət görülür.
Azərbaycan coğrafiyasında “bitki mənşəli arıqladıcı çay” dedikdə ilk olaraq ağıla məhz Herba Flora şirkətinin yüksək effektli Zərif çayları gəlir. Zərif çayları dedikdə əhali arasında, xüsusən xanımlar tərəfindən geniş istifadə olunan Zərif almalı, Zərif limonlu, Zərif çiyələkli, Zərif nanəli, Zərif zəncəfilli, Zərif detoks, Zərif fitness kimi çay çeşidləri nəzərdə tutulur. Zərif seriyasından olan arıqladıcı çaylar tərkib və təsir etibarilə bir-birindən müəyyən qədər fərqlənir.
Zərif almalı (tərkibi: səna yarpağı, tozağacı yarpağı, cirə meyvəsi, məkkəgülü çiçəyi, çiyələk yarpağı, yaşıl çay, cəfəri toxumu, zeytun yarpağı, təbii alma aromatı) məftunedici alma ətri və dadı ilə məşhurdur. Tərkibindəki səna yarpağı hesabına bağırsaqlarda peristaltikanı artırır, qəbizlik zamanı işlədici effekt verir. Zeytun yarpağı, məkkəgülü çiçəyi kimi antioksidant bitkilər hesabına orqanizmi şlaklardan təmizləyir, antilipid, antisellülit effekt verir.
Zərif limonlu (tərkibi: zəncəfil, səna yarpağı, əməköməci otu, murdarça qabığı, məkkəgülü çiçəyi, gülümbahar çiçəyi, gicitkən yarpağı, təbii limon aromatı) tərkibindəki zəncəfil, gicitkən bitkisi sayəsində yüksək arıqladıcı effektə malikdir. Zəncəfil orqanizmdə yağların mübadiləsini sürətləndirir, yağyandırıcı effekt verir. Gicitkən tərkibi vitaminlərlə zəngin olduğu üçün metabolizmi sürətləndirir. Məkkəgülü çiçəyi isə antioksidant təsirli bitki olduğu üçün orqanizmi ağır metal duzları və şlaklardan azad edir.
Zərif çiyələkli (tərkibi: zəncəfil, zeytun yarpağı, səna yarpağı, adaçayı yarpağı, çiyələk yarpağı, yarpız otu, məkkəgülü çiçəyi, əməköməci otu, çiyələk aromatı) çiyələk ətri və dadı, həm də yüksək arıqladıcı effekti ilə tanınır. Çayın tərkibindəki çiyələk yarpağı karbohidratların mənimsənilmə prosesini ləngitdiyi üçün orqanizmi arıqladır. Tərkibindəki əməköməci selikli bitki olduğu üçün toksinlərin qana keçmədən mədə-bağırsaq traktından xaric olmasını sürətləndirir, yumşaq işlədici effekt verir.
Zərif nanəli (tərkibi: nanə yarpağı, zeytun yarpağı, səna yarpağı, adaçayı yarpağı, murdarça qabığı, yarpız otu, məkkəgülü çiçəyi, əməköməci otu, təbii nanə aromatı) valehedici nanə ətri və dadına malikdir. Tərkibindəki səna, murdarça kimi bitkilər sayəsində bağırsaqlarda suyun və elektrolitlərin miqdarını artıraraq peristaltikanı sürətləndirir. Orqanizmi toksiki maddələr və şlaklardan təmizləyir, bununla da artıq çəkidən azad olmağa kömək edir.
Zərif zəncəfilli (tərkibi: zəncirotu, zəncəfil, məkkəgülü çiçəyi, əməköməci otu, murdarça qabığı, gülümbahar çiçəyi, kassiya yarpağı, gicitkən yarpağı) spesifik zəncəfil ətri və dadı ilə seçilir. Tərkibindəki zəncəfil və zəncirotu sayəsində ödün və mədəaltı vəzin sekresiyasını sürətləndirir. Nəticədə yağların və karbohidratların sorulmasını ləngidir, əksinə mürəkkəb şəkər və lipidlərin parçalanmasını sürətləndirir. Dərialtı piy hüceyrələrinin həcmini azaldır. Çay, həmçinin arıqlamaq istəyən insanlarda iştahanı və aclıq hissini zəiflədir.
Zərif detoks (tərkibi: limonotu, əməköməci otu, məkkəgülü çiçəyi, kassiya yarpağı, murdarça qabığı, gilas saplağı, boymadərən otu, aptek çobanyastığı çiçəyi, təbii ərik və alma aromatı) tərkibindəki məkkəgülü, boymadərən kimi ödqovucu bitkilər sayəsində qaraciyər və öd yollarını toksin və sərbəst radikallardan təmizləyərək detoks edir. Məkkəgülü, əməköməci, gilas saplağı kimi antioksidant bitkilər sayəsində qanı və limfatik sistemi metabolizmin artıq məhsullarından təmizləyir. Orqanizmdən artıq mayeni xaric edərək ödeməleyhinə təsir göstərir. Arıqladıcı, qəbizlikəleyhinə effekt verir.
Zərif fitness (tərkibi: zəncəfil, məkkəgülü çiçəyi, əməköməci otu, murdarça qabığı, zəncirotu, boymadərən otu, kassiya yarpağı, gicitkən yarpağı, təbii limon aromatı) tərkibindəki zəncəfil, zəncirotu, boymadərən kimi bitkilər sayəsində ödün və mədəaltı vəzin sekresiyasını yüksəldir. Metabolizmi sürətləndirir. Orqanizmi tez bir zamanda toksinlər, ağır metal duzları və şlaklardan azad edir. Nəticədə bədəndə yağların toplanmasının qarşısını alır. Artıq çəkidən azad edir.
Herba Flora şirkətinin bir-birindən gözəl ətrə və dada malik Zərif çaylarını için, sağlam və ideal bədən quruluşuna sahib olun!