Köp, təzyiq, zob əleyhinə

Köp, təzyiq, zob əleyhinə

Köp ,təzyiq, zob

Köp ,təzyiq, zob , ərp , ağız qoxusu , öd daşı, şiş xəstəlikləri əleyhinə.

  • Əgər dilinizin üstündə ərp varsa, sarımsaq yeyin.
  • Əgər təzyiqiniz varsa, tərxun və sarımsaq yeyin.
  • Əgər zobunuz və köpünüz varsa, şüyüd yeyin.
  • Əgər yeməkdən dərhal sonra mədəniz şişirsə yeməyinizi keşnişlə yeyin. Keşniş həm də əsəbləri sakitləşdirir.
  • Ağzınızdan iy gəlirsə yeməyinizi bol cəfəri ilə yeyin. Cəfəri həm də qanı qatılaşdırır, tərkibində K vitamini vardır ki, qanaxmaya meyilliyi insanlara və qan xərçəngindən əziyyət çəkənlərə faydalıdır.
  • Əgər böyrək və öd daşından əziyyət çəkirsinizsə kərəvizdən istifadə edin. Kərəviz həm də şiş xəstəliklərinin müalicəsində çox faydalıdır. Beləki müalicə məqsədlə şirəsindən gündə 1 stekan içə bilərsiniz.
  • Soğan yeyəndən sonra ağızdan bir müddət soğan iyi gəlsə də  soğan ağız qoxusunu azaldır.

Göyərtinin rəngindəki yaşıl rəng tərkibində oksigen daşıyan xlorofil hüceyrələri ilə zəngindir. Özündə oksigen daşıyan xlorofillər qan damarlarında damarlardan tutmuş kapilyarlara qədər dövr edərək toxumaları oksigünlə təmin edirlər. Göyərtilər həm də probiotik mənbəyidirlər.Zob geniş yayılmış xəstəlikdir, ölkəmizin ərazisi daha çox dağ çayları ilə zəngin olduğundan və əhalinin böyük əksəriyyəti həmin çayların suyunu içdiyindən endemik olaraq daha geniş yayılmışdır. Çünki dağ çaylarında minerallar azlıq təşkil edir. Əsasən də yod və flüor elementlərinin miqdarı az olur nəticədə də yod çatışmazlığı əmələ gəlir. Zoba şübhə olanda ilk növbədə qandan analiz verərək T3, T4, TSH anti Tg və anti-TPO hormonlarının miqdarını öyrənmək, yalnız bundan sonra müalicəyə başlamaq lazımdır.

Mənbə:  Fitoterapevt Fizuli Hüseynov bloq

https://herba-flora.comen/

http://fizulihuseynov.com/